Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:37

Seçki Təşəbbüsləri Mərkəzinin aşkarladığı qanun pozuntuları


Milli Məclisə təkrar seçkilər günü Seçki Təşəbbüsləri Mərkəzinin (STM) müşahidəçilərinin seçki məntəqələrində aşkarladıqları qanun pozuntuları


12.20- Müşahidəçi Elvin Qədirlinin verdiyi məlumata görə, 42 saylı Sumqayıt ikinci seçki dairəsinin 15 saylı seçki məntəqəsində 6 nəfər Bakı şəhərində qeydiyyatda olan vətəndaş gələrək səs veriblər.


13.40- 38 saylı Nizami ikinci seçki dairəsinin hərbçilərin səs verdiyi 19 saylı seçki məntəqəsində 15 ədəd seçki bülleteni atılıb. Həmin seçki məntəqələrində hərbi qulluqçuların hamısına əmr verilib ki, deputatlığa namizəd Asəf Hacıyevə səs versinlər.


14:15- Müşahidəçi Sevinc Abdullayevanın verdiyi məlumata görə 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsinin 6 saylı seçki məntəqəsində Aşağı Mülklü kənd bələdiyyəsinin sədri Məsimov Hüseyn seçki qutusuna 150 bülleten atıb.


15.00- Tovuz rayon İcra Hakimiyyətinin Başçısı Həmid Bağırovun tapşırığı ilə 106 saylı Tovuz- Qazax- Ağstafa seçki dairəsi ərazisində yerləşən bütün dükanların elektrik enerjisi kəsilib və dükan sahiblərinə bildirilib ki, əgər onlar səsverməyə getməsələr dükanlara elektrik enerjisi verilməyəcək.


17.00- 19.00 radələri- 31 saylı Suraxanı ikinci seçki dairəsinin 2 saylı seçki məntəqəsində Az 10 SH 885 nömrə nişanlı vaz 21 09 markalı avtomobil tərəfindən seçicilər kütləvi halda deputatlığa namizəd Əhməd Vəliyevə səs vermək üçün seçki məntəqəsinə gətiriliblər.


XS
SM
MD
LG