Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:30

Azərbaycanlıları təhqir edən «İran» qəzeti bağlandı


Fəaliyyəti dayandırılan «İran» qəzetinin saytı
Fəaliyyəti dayandırılan «İran» qəzetinin saytı

Mayın 23-də Tehran hakimiyyəti karikatura nəşr edən rəsmi qəzeti bağlamaqla yanaşı baş redaktoru və karikatura müəllifini həbs edib


İranda nəşr olunan «İran» adlı rəsmi gündəlik qəzetdə azərbaycanlıları təhqir edən karikaturanın dərc olunmasından sonra Azərbaycan şəhərlərində etiraz aksiyaları başlayıb. Karikaturada tarakanların Azərbaycan türkcəsində danışdığı təsvir olunmuş, belə böcəklərə, yəni azərbaycanlılara qarşı mübarizə aparmaq üçün 10 yol təklif edilmişdi. İranın Mədəniyyət və İslami İrşad Naziri Məhəmməd Hüseyn Səffar Herəndi və həmçinin bəzi digər nazirlər karikaturaya görə üzr istəyib onun nəşrindən məsul olanların cəzalandırılacağını deyib.



"Qızıldan olsa qəfəsim, azadlığa var həvəsim". Təbriz tələbələrinin nümayişi, 22 may 2006
İran radiosunun verdiyi məlumata görə, Tehran hökuməti «İran» qəzetinin bağlanması haqqında qərar qəbul edib. Eyni zamanda qəzetin redaktoru və karikatura müəllifi həbs edilib.


Artıq karikaturanın çəkildiyi vaxtdan keçən 9 gün ərzində nümayişlər davam edir. Dünən Təbrizdə gənclərin aksiyası olub. Gənclər ağızların qırmızı parça ilə bağlayıb, əllərində şüar tutaraq nümayiş keçiriblər. Onların əllərində tutduqları şüarlarda yazılıb: «Qızıldan olsa qəfəsim, Azadlığa var həvəsim», «Yaşasın Azərbaycan» sözləri yazılıb. Nümayişdə 1 nəfərin yaralandığı bildirilir. Oxşar tədbir Zəncan və Marağada da olub. Urmiyədə isə etirazlar daha kəskin xarakter alıb və nümayişçilər karikatura dərc olunan qəzetləri yandırıblar. Digər Azərbaycan şəhəri Xoyda isə polis etirazı dağıtmaq üçün susəpən maşınlardan istifadə edib. Urmiyənin imamcüməsi məsələni araşdıracağını bildirsə də, araşdırmanın nəticələrinin nə vaxt açıqlanacağını deməyib.


Nümayişlərdə azərbayccanlıların milli haqlarının təmin olunması tələb edilir, 22 may 2006


Bu vaxta kimi karikatura dərcinə görə, heç kim cəzalanmayıb. Hərçənd ki, İran qanunlarına görə belə hallara qarşı cəza tətbiq olunur.

Bazar günü Tehranda İran parlamentinin qarşısındakı Baharıstan meydanında aksiya keçirilməsi planlaşdırılır və bu barədə bildirişlər paylanıb. Etirazçıların tələbləri də genişlənib. Onlar Azərbaycan dilinin İranda orta və ali məktəblərdə tədrisi, ana dilində sutkalıq radio və telekanalın açılması, 5-6 gündən sonra Babəkin anım günü üçün keçiriləcək mərasimə polis tərəfindən heç bir müdaxilə olmamasını tələb edirlər. Azərbaycan dilinin öyrənilməsi və tədqiq ilə bağlı araşdırma mərkəzi təsis olunması da irəli sürülən tələblər sırasındadır. Nümayişçilər eyni zamanda siyasi motivlərlə həbs olunanların da azadlığa buraxılmasını tələb edirlər.


XS
SM
MD
LG