Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:36

Meriya Bahəddin Həziyevə təzyiqlə bağlı etiraz aksiyasına icazə vermədi


«Bizim Yol» qəzetinin baş redaktoru Bahəddin Həziyev Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsində - 20 may 2006
«Bizim Yol» qəzetinin baş redaktoru Bahəddin Həziyev Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsində - 20 may 2006

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Azərbaycan Xalq Cəbhəsi Partiyasının «Bizim Yol» qəzetinin baş redaktoru Bahəddin Həziyevə təzyiq faktı ilə bağlı etiraz aksiyası keçirmək istəyinə müsbət cavab verməyib. BŞİH-in cavab məktubunda deyilir ki, bu partiya «Sərbəst toplaşmaq haqqında» qanunu pozub. Belə ki, müraciət aksiyanın təyin olunduğu gündən beş gün əvvəl edilməli idi. AXCP aksiyanı mayın 26-da etmək niyyətində idi, BŞİH-ə müraciət isə mayın 22-də göndərilib.


BŞİH-in ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Zaur Ramazanovsa deyir ki, Bahədin Həziyevin döyülməsilə bağlı aksiya keçirmək üçün edilən müraciət araşdırılmaq üçün Respublika Prokurorluğuna və Daxili İşlər Nazirliyinə göndərilib: «Çünki bu məktubda bilavasitə döyülmə faktı qeyd olunur, cinayət faktları olanda isə, mütləq hüquq-mühafizə orqanlarına məruzə edilməlidir».


AXCP isə mayın 26-da etiraz aksiyası keçirəcəyini deyir. Aksiya ya Prezident Aparatı, ya Respublika Prokurorluğu, ya da Daxili İşlər Nazirliyi qarşısında baş tuta bilər.


«Bizim Yol» qəzetinin baş redaktoru Bahəddin Həziyev mayın 18-dən 19-na keçən gecə naməlum şəxslər tərəfindən oğurlanaraq döyülüb. Bu hadisə ilə bağlı Abşeron Rayon Polis Şöbəsi istintaq apaır. Hazırda Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsində müalicə alan cənab Həziyevin vəziyyəti isə sabit ağır olaraq qalır.


XS
SM
MD
LG