Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:03

Fərhad Əliyev və Akif Muradverdiyev də müalicə müəssisəsinə köçürüldü


Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanan keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyev və Prezidentin İcra Aparatı İşlər İdarəsinin keçmiş müdiri Akif Muradverdiyev də məhbuslar üçün nəzərdə tutulan müalicə müəssisəsinə köçürülüb.


Keçmiş səhiyyə naziri Əli İnsanov isə bu müəssisəyə dünən köçürülüb. Bu haqda məlumat verən respublika prokurorunun birinci müavini Rüstəm Usubov deyib ki, onların işi ilə bağlı istintaqın müddəti uzadılıb, haqlarındakı həbs-qətimkan tədbiri isə dəyişdirilməyəcək.


Rüstəm Usubov Daxili İşlər Nazirliyinin keçmiş əməkdaşı Hacı Məmmədov haqqında istintaqın yekunlaşdığını, cinayət işinin materiallarının Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə göndərildiyini də bildirib.


XS
SM
MD
LG