Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 19:51

İyunun 5-də Konstitusiya Məhkəməsinin 13 may seçkilərinin nəticələrini təsdiqləyəcəyi gözlənilir


Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi

10 dairə üzrə mayın 13-də keçirilmiş təkrar parlament seçkilərinin protokollarını Mərkəzi Seçki Komissiyası mayın 27-də KM-ə göndərib


İyunun 5-də Konstitusiya Məhkəməsinin (KM) mayın 13-də 10 dairədə keçirilmiş təkrar parlament seçkilərinin nəticələrini təsdiqləyəcəyi gözlənilir. Bu haqda KM-dən «Azadlıq» radiosuna bildiriblər.


10 dairə üzrə təkrar seçkilərin protokollarını Mərkəzi Seçki Komissiyası mayın 27-də KM-ə göndərib.


13 may seçkisində hakim Yeni Azərbaycan Partiyasından 5, Ədalət və Vətəndaş Həmrəyliyi partiyalarının hərəsindən 1 deputat seçilib. Seçilənlərdən 3 nəfəri isə bitərəfdir. KM seçkinin nəticələrini təsdiqlədikdən sonra Milli Məclis Avropa Şurası Parlament Assambleyasında Azərbaycan Nümayəndə Heyətinin tərkibində boş qalmış iki yerə yeni üzvlər seçəcək.


XS
SM
MD
LG