Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:25

Aclıq edən tələbələrin sıraları artır


Müstəqil Azərbaycan Universitetinin (MAU) aclıq edən tələbələrinin sırasına iyunun 2-də daha 15 nəfər qoşulub. Beləliklə də, onların sayı altmış nəfəri ötüb.


Aclıq edən tələbələrin «Azadlıq» radiosuna verdiyi məlumata görə, gün ərzində bəzilərinin səhhəti pisləşdiyindən təcili-tibbi yardım həkimləri bir neçə dəfə onlara baş çəkib. Tələbələr tələbləri yerinə yetirilməyənədək aclıq aksiyasını dayandırmayacaqlarını bildirirlər. Universitetə test imtahanı vermədən qəbul olunmuş tələbələrin tələbi onların başqa ali məktəbə köçürülməsidir.


Təhsil Nazirliyi universitet rəhbərliyinin 2004-cü ildən testdənkənar qəbul apardığını əsas gətirərək onun bağlanması haqda qərar verib. Respublika Prokurorluğu isə MAU rəhbərliyinə qarşı vəzifə səlahiyyətlərini aşdığına görə cinayət işi qaldırıb. Təhsil Nazirliyi isə yalnız qanuni şəkildə ali məktəbə daxil olanların başqa universitetlərə köçürüləcəyini bildirir.


XS
SM
MD
LG