Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:59

Əslən Ermənistandan olan ziyalılar prezidentə müraciət etdi


İyunun 5-də əslən Ermənistandan olan ziyalıların yaratdığı bir neçə qeyri-hökumət təşkilatı hazırda həbsdə olan sabiq dövlət məmurları barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi üçün prezident İlham Əliyevə müraciət edib. Müraciəti “Qərbi Azərbaycana (Ermənistana) Qayıdış Birliyi” və Akademik Əli İnsanovun Hüquqlarının Müdafiə Komitəsi, “İrəvan Azadlıq Hərəkatı” və “Qaraqoyunlu” Cəmiyyəti sədrləri imzalayıb.


Müraciəti imzalayanlar prezident İlham Əliyevdən xahiş edirlər ki, “çoxlu sayda xəstəliklərdən əziyyət çəkən akademik Əli İnsanovun, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin və Prezidentin İcra Aparatının İşlər İdarəsinin sabiq müdiri Akif Muradverdiyevin barələrində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi, istintaqın ədalətli və obyektiv aparılması üçün göstəriş versin”.


Adı çəkilən məmurlar dövlət çevrilişinə cəhddə təqsirli bilinir.


XS
SM
MD
LG