Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:41

Stratfor: Azərbaycanın iki variantı var


Azərbaycan və Türkiyə dövlət başçıları. Ankara, 5 noyabr 2008
Azərbaycan və Türkiyə dövlət başçıları. Ankara, 5 noyabr 2008
«Azərbaycanlılar özlərini türk qrupundan olan xalq hesab etmirlər, onlar özlərini türk hesab edirlər» – Bunu Stratfor araşdırma mərkəzi yazır.

Stratfor daha sonra yazır ki, Türkiyə Azərbaycanın dünyada yeganə etibarlı tərəfdaşıdır.

Azərbaycanın Dağlıq Qarabağ problemi həll olunmayıb, qlobal böhranla bağlı Ermənistanda iqtisadi vəziyyət pisləşir. Belə bir durumda Türkiyənin Ermənistanla sərhədləri açması Azərbaycanı sözün əsil mənasında məyus edib.

Azərbaycan indi öz narazılıq ifadə edən mövqeyini ortaya qoymaqla Stratforun fikrincə, iki şeydən birinə çalışa bilər - ya türk-erməni barışığının qabağını alsın, ya da bu barışığın tərkib hissəsi olsun ki, Ermənistanla öz arasındakı problemi həll edə bilsin.

Türkiyənin Beynəlxalq Münasibətlər və Strateji Təhlil Mərkəzinin rəhbəri Sinan Oğan isə «Panarmenian.net» xəbər saytına deyib ki, «İlham Əliyevin İstanbuldakı sivilizasiyalar toplantısına gəlməməsi Azərbaycanın reaksiyası kimi başa düşülməlidir, Türkiyə Azərbaycanın iradəsini nəzərə almasa, bunun arzuolunmaz nəticələri ola bilər».
XS
SM
MD
LG