Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:58

Ankara sərhədlərin açıla biləcəyini Bakıya lap çoxdan deyibmiş?


Azərbaycanda qaldırılan hay-küyün mesajı çox güman ki, budur və onun ünvanı Ankara yox, Moskvadır.
Azərbaycanda qaldırılan hay-küyün mesajı çox güman ki, budur və onun ünvanı Ankara yox, Moskvadır.
Türkiyənin məşhur yazarlarından olan Cengiz Çandar Türkiyə ilə Ermənistan sərhədlərinin açılması ehtimalları və buna Azərbaycandakı narazılıqların səbəbi haqqında yeni mülahizələr irəli sürür. Onun aprelin 10-da «Hurriyet» qəzetində yayılan mülahizələrini qısa ixtisarla təqdim edirik:

Türkiyənin Azərbaycanı Ermənistana dəyişməsi kimi bir məsələ varmı?

Ya da Yerevanla diplomatik əlaqələrin qurulması və sərhədin açılması naminə Qarabağ problemində bir irəliləyiş olmadan Azərbaycanı küsdürməyin bir mənası varmı?

Bunlar doğru suallar deyil. Çünki:

1. Ermənistanla Türkiyə 2007-ci ilin avqustundan bəri İsveçrədə aralarındakı problemləri həll etməyin yollarını tam detalları ilə müzakirə etmişdilər. Prezident Gülün ötən payız futbol oyununu izləmək üçün Yerevana getməsi əlaqələrin ən dramatik mərhələsi idi. Bundan sonra da tərəflər arasında müzakirələr ən yüksək səviyyədə davam etdi.

2. Mövzunun ən maraqlı tərəfi budur ki, bütün danışıqlar barədə ən xırda detallarına qədər Azərbaycana məlumat verilib. Türkiyə-Ermənistan danışıqları təkcə Azərbaycanın məlumatlandırılması ilə deyil, həm də Bakının bu prosesi təsdiqi və yaxından izləməsi ilə davam etdirildi. İki ölkə prezidentləri, Baş nazirlə Azərbaycan prezidenti, Xarici İşlər nazirləri arasında təmasların sayı-hesabı yoxdur. Azərbaycanın bilmədiyi, Türkiyənin Azərbaycanı nəzərə almadan həyata keçirdiyi bir məsələ yoxdur.

3. Obamanın Türkiyəyə gələcəyini elan etməsindən az sonra Abdullah Güllə İlham Əliyev Tehranda üz-üzə görüşüb Qarabağ problemi və Türkiyə-Ermənistan əlaqələrinin normallaşması məsələsini müzakirə etdilər. O zaman biz də Tehrandaydıq, nə danışdıqlarını bilirik. Bu barədə qəzetdə yazdıq da.

Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələrin qurulması, Qarsda sərhədlərin açılması gərək artıq heç bir sürpriz olmaya. Ancaq Obama Türkiyədə olarkən İlham Əliyevin etiraz əlaməti olaraq İstanbula Mədəniyyətlər İttifaqı toplantısına gəlməməsi, Azərbaycan mediasında Türkiyə-Ermənistan normallaşmasına qiyamət qoparması nəyin əlamətidir?

Bunun «Azərbaycanın daxili ictimaiyyətinə yönələn bir davranış» olduğunu deyənlərin sayı kifayət qədər çoxdur. Amma bu izaha mən inanmıram. Görüntülər nə olur-olsun, Azərbaycanda bu cür «göstəri» düzəltməyə məcbur edəcək bir daxili ictimaiyyət yoxdur. Mənim ağlıma gələn ilk fikir Bakının Rüsiyaya xoş gəlməyə çalışmasıdır.

«Sizin fikriniz olmadan Cənubi Qafqazda heç bir şey olmaz. Biz Azərbaycan olaraq bunun fərqindəyik. Qardaş dediyimiz Türkiyənin və ABŞ prezidenti Obamanın cəhdləri olsa belə, sizə nə qədər önəm verdiyimizi göstərmək istəyirik».

Azərbaycanda qaldırılan hay-küyün mesajı çox güman ki, budur və onun ünvanı Ankara yox, Moskvadır.

Eyni zamanda da bununla Vaşinqtonun diqqətini özünə çəkmək istəyi mümkündür. Yoxsa, İraqda olarkən Barak Obama İlham Əliyevə zəng etməyə niyə ehtiyac duysun ki?

Qarabağ probleminin həllində necə, bir irəliləyiş yoxdurmu? Azərbaycanla Ermənistanın bu problemin həllində işləri son məqama qədər gətirdiklərini bilirik. Olsa-olsa, Rusiyanın daş qoymasına görə razılaşmanın ləngidiyini təxmin edə bilərik.
XS
SM
MD
LG