Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:33

Təhsil Nazirliyi aclıq edən tələbələrlə görüşməyi planlaşdırmır


Müstəqil Azərbaycan Universitetinin (MAU) aclıq edən tələbələri aksiyanı davam etdirir. Bir gün əvvəl tələbələr Təhsil Nazirliyi təmsilçiləri ilə görüşəcəklərini bildirsə də, Təhsil Nazirliyi İcra Aparatının rəhbəri İlham Pirməmmədov ortada belə bir görüş ideyasının olmadığını deyir. Onun bildirdiyinə görə, həmin tələbələrlə nazirliyin heç bir görüşü ola bilməz, çünki nazirlik vaxtında tələbələrə sənədlərini geri götürmək barədə xəbərdarlıq edib.


Amerika Hüquqşünasla Assosiasiyası Təhsil Nazirliyinə təklif edib ki, MAU tələbələri bu il qəbul imtahanı versinlər və digər təhsil müəssisələrinin müvafiq kurslarına yerləşdirilsinlər. İlham Pirməmmədov bu təklifin qəbuledilməz olduğunu deyir, çünki həmin tələbələr vaxtilə çox aşağı balla ali təhsil müəssisəsinə giriblər, digər tərəfdən nazirliyin belə bir yerləşdirmə aparmaq ixtiyarı yoxdur.


Təhsil Nazirliyi qanunsuz tələbə qəbul etmək ittihamı ilə MAU-nun lisenziyasını ləğv etdikdən sonra həmin ali məktəbin bir qrup tələbəsi başqa universitetlərə bərpa olunmaq tələbi ilə iyunun 1-dən aclıq aksiyası keçirir.
XS
SM
MD
LG