Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:39

Haraşti prezidenti jurnalistləri azad etməyə çağırıb


ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi Mikloş Haraşti
ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi Mikloş Haraşti
ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi Mikloş Haraşti prezident İlham Əliyevi böhtana görə cinayət məsuliyyətini ləğv etməyə və həbsdə olan jurnalistləri azadlığa buraxmağa çağırıb. ATƏT rəsmisinin prezidentə ünvanladığı məktubunda belə deyilir.

Mikloş Haraşti 2 jurnalistin amnistiyaya düşərək, daha bir jurnalistin isə məhkəmənin qərarı ilə azadlığa buraxılmasını alqışlayıb.

Bununla belə Haraşti ümid etdiyini bildirib ki, Azərbaycan diffamasiya məsələsində qanunvericiliyini Avropa standartlarına uyğunlaşdıracaq.

«Sizin müsbət məramlarınız yalnız hüquqi islahatlara çevrildiyi təqdirdə bəhrə verəcək», deyə məktubda qeyd edilir. O, bir daha Azərbaycan hakimiyyətini böhtana görə cinayət məsuliyyətini ləğv etməyə çağırıb.

M. Haraşti «KİV haqqında» və «Televiziya və Radio Yayımı haqqında» qanunlara bu yaxınlarda qəbul edilmiş iki düzəlişlə bağlı narahatlığını bildirib. O, prezidentdən «Televiziya və Radio Yayımı haqqında» qanunu yenidən baxılması və beynəlxalq standartlara və öhdəliklərə uyğunlaşdırılması üçün parlamentə qaytarmağı xahiş edib.

ATƏT rəsmisi həbsdə olan jurnalistlərə də toxunub: «Ümid edirəm ki, jurnalistləri azad edilməsi üzrə hazırkı müsbət təmayül tezliklə həbsdə qalan digər jurnalistlərin - Eynulla Fətullayev, Qənimət Zahidov və Müşfiq Hüseynovun taleyində də özünü göstərəcək».
XS
SM
MD
LG