Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:38

Həbs olunan jurnalist münasibətləri gərginləşdirib


Roksana Saberi son altı ildə ABŞ-ın ictimai radiosu və BBC üçün İrandan xəbərlər hazırlayırdı
Roksana Saberi son altı ildə ABŞ-ın ictimai radiosu və BBC üçün İrandan xəbərlər hazırlayırdı
İranda həbs olunan jurnalist Vaşinqtonla Tehran arasında münasibətlərin sınağına çevrilib. Həm ABŞ, həm də İran vətəndaşı olan 31 yaşlı Roksana Saberi son altı ildə ABŞ-ın ictimai radiosu və BBC üçün İrandan xəbərlər hazırlayırdı. Aprelin 18-də onu İranda ABŞ kəşfiyyatına işləməkdə günahlandıraraq səkkiz il müddətinə azadlıqdan məhrum ediblər.

ABŞ Dövlət Katibi Hillari Klinton aprelin 20-də Tehrandan dərhal onu buraxmağı tələb edib.

ABŞ prezidenti Barak Obama da Saberinin sağlamlığından narahat olduğunu və jurnalistin kəşfiyyat işi ilə heç bir bağlılığı olmadığına inandığını deyib.

Avropa Birliyi də jurnalistin işi ilə bağlı məhkəmənin azad və şəffaf məhkəmə standartlarına cavab vermədiyi üçün onu azad etməyə çağırıb.
İndi təhlilçilər İranla ABŞ arasında birbaşa danışıqlara ilkin işartılar olduğu bir vaxtda jurnalistin bu cür ittihamla həbsinin əhvalı korlaya biləcəyini deyirlər


Tehrandan bu çağırışlara verilən cavab jurnalist Roksana Saberinin işində İranın da az maraqlı olmadığını göstərir.

Prezident Mahmud Əhmədinejat aprelin 19-da Tehranın baş prokurorunu Saberinin özünü müdafiə etməsi üçün bütün qanuni şəraiti yaratmağa çağırıb.

Xarici İşlər Nazirliyinin sözçüsü Hasan Qashqavi isə hamının məhkəmənin qərarına hörmət etməli olduğunu deyir:

«Məhkəmənin hökmünə hörmət olunması bir beynəlxalq normadır. Biz də başqa ölkələrdən İran məhkəməsinin hökmünə hörmət olunmasını gözləyirik».

Beynəlxalq insan haqlarını müdafiə təşkilatı olan «Human Rights Watch» isə aprelin 20-də qeyd edib ki, məhkəmə vəkilin jurnalisti müdafiə etməsinə şərait yaratmayıb. Onun haqqında cinayət işi məhkəmədən bir neçə gün əvvəl vəkilə verilib. Cinayət işi isə üç dəfə dəyişdirilib. Bu il yanvarın 30-da onu saxlayanda alkoqol almaqda ittiham ediblər. Sonra Saberinin jurnalist fəaliyyəti üçün sənədləri qaydasında olmadığını bildiriblər. Ən sonda, aprelin 8-də isə İranın İnqilab Məhkəməsi jurnalisti ABŞ kəşfiyyatına işləməkdə ittiham etdi.

Buna baxmayaraq jurnalistin vəkili Abdulsamad Xarromşahi apelyasiya məhkəməsində bəraət alacaqlarına, ya da heç olmasa cəzanın yüngülləşdiriləcəyinə ümid etdiyini deyir:

«Ümid edirəm ki, o, bəraət alacaq, ya da heç olmasa, cəza müddəti azaldılacaq».

İndi təhlilçilər İranla ABŞ arasında birbaşa danışıqlara ilkin işartılar olduğu bir vaxtda jurnalistin bu cür ittihamla həbsinin əhvalı korlaya biləcəyini deyirlər.
XS
SM
MD
LG