Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:29

Meksika və ABŞ-dan ət məsullarının gətirilməsinə məhdudiyyət qoyuldu


Meksikada «donuz qripi»ndən 100-dən çox adamın öldüyü açıqlanıb
Meksikada «donuz qripi»ndən 100-dən çox adamın öldüyü açıqlanıb
Azərbaycan aprelin 27-dən Meksika və ABŞ-dan ölkəyə ət və ət məsullarının gətirilməsinə məhdudiyyət qoyub. Bu barədə «Azadlıq» radiosuna Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) mətbuat katibi Yolçu Xanvəli məlumat verib.

Onun sözlərinə görə, Meksika və ABŞ-da «donuz qripi» epidemiyası yayıldığı üçün onlar ehtiyat tədbiri görüblər. Yəni karantin müddətində Amerika qitəsindən heyvan və ya heyvan mənşəli məhsulların gətirilməsinə qadağa qoyulub.

Yolçu Xanvəli deyir ki, Meksikadan Azərbaycana ət məhsulları gətirilmir. ABŞ-dan isə bir neçə ay əvvəl toyuq budu gətirilib.

DBX-nin mətbuat katibi bildirir ki, Azərbaycanda hələ ki, «donuz qripi» virusu aşkar olunmayıb. Bir neçə gün əvvəl Qobustandakı fermer təsərrüfatında yüzlərlə qoyunun tələf olmasının isə «donuz qripi»ylə əlaqəsi yoxdur. Onun sözlərinə görə, qoyunlara İrandan gətirilmiş mənşəyi məlum olmayan dərman preparatları verilib.

Bir müddət əvvəl Meksikada «donuz qripi»ndən 100-dən çox adamın öldüyü açıqlanıb.
XS
SM
MD
LG