Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:50

Donuz qripi digər qitələrə də yayılır


Donuz qripi epidemiyası ABŞ, Avropa, Latın Amerikası və Kanadada da geniş yayılıb
Donuz qripi epidemiyası ABŞ, Avropa, Latın Amerikası və Kanadada da geniş yayılıb
Donuz qripi epidemiyası ABŞ, Avropa, Latın Amerikası və Kanadada da geniş yayılıb. Latın Amerikasında ilk olaraq Kolumbiyada yoluxma halı aşkarlanıb. Daha çox yoluxma halları isə Avropa və Şimali Amerika qitəsində qeydə alınıb.

Meksikanın Çindəki səfiri Jorj Guajardo deyib ki, Meksikadan gələn 70-ə yaxın şəxs karantinə götürülüb.

Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, dünya üzrə donuz qripi virusuna yoluxanların sayı 787 nəfərə çatıb.

Virusun daha çox yayıldığı Meksikanın prezidenti Felip Kalderon deyib ki, ölkə «epidemiya ilə mübarizə aparmaq iqtidarındadır».
XS
SM
MD
LG