Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:50

Neft Akademiyasında dərslər bərpa olundu


Azərbaycan Dövlət Neft Akademiyası
Azərbaycan Dövlət Neft Akademiyası
Azərbaycan Dövlət Neft Akademiyasında dərslər bərpa olunub. Birinci və ikinci saat keçirilən dərslər daha çox təsəlli xarakteri daşıyıb, belə ki, müəllimlər tələbələri psixoloji durumdan çıxarmağa çalışıblar.

Bir qrup tələbə isə dərslərdə iştirak etməyib, onlar baş vermiş faciə ilə bağlı ölkədə matəm elan olunmasını tələb edirlər.

Akademiyanın faciə baş vermiş «Dilarə Əliyeva» küçəsindəki binasına tələbələr yalnız sənədləri yoxlanaraq buraxılır. Jurnalistlər və digər şəxslər içəri buraxılmır.

Tələblərin bir çoxu binanın yanında dayanmış jurnalistlərlə danışmaq istəməyiblər. Deyiblər ki, onlara danışmamaq tapşırığı verilib.

Aprelin 30-da səhər tapança ilə silahlanmış şəxs Neft Akademiyasının ikinci korpusunun binasında 12 nəfəri öldürüb. Müxtəlif dərəcəli xəsarətlər almış daha 9 nəfər isə xəstəxanadadır. Hücum edən şəxs özünü güllələyib.
İstintaq hücum edən şəxsin Gürcüstan vətəndaşı Fərda Qədirov olduğunu bildirib.
XS
SM
MD
LG