Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:40

Müxalifət hakimiyyəti NATO-ya üzv olmağa çağırır


Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatının Sədrlər Şurasının iclası keçirilib
Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatının Sədrlər Şurasının iclası keçirilib
Azərbaycan müxalifəti ölkə hakimiyyətini NATO-ya üzv olmağa çağırıb. Mayın 6-da Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatının Sədrlər Şurasının keçirilən iclasında partiya rəhbərləri iqtidarın Alyansla uzun müddətdən bəri davam edən əməkdaşlığını müsbət qiymətləndiriblər.

ADP-nin sədri Sərdar Cəlaloğu «Azadlıq» radiosuna deyib ki, onlar bu əməkdaşlığın artıq üzvlük müstəvisinə keçməsinin vaxtının çatdığını hesab ediblər:

«Biz hakimiyyətə müraciət edirik ki, artıq NATO-ya üzv olmaq üçün çağırış etsin. NATO-nun Dağlıq Qarabağ münaqişəsiylə bağlı tutduğu mövqe Azərbaycanın milli maraqlarına uyğundur».

S.Cəlaloğlunun sözlərinə görə, onlar Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramını da müzakirə ediblər. Hərəkat mayın 7-də keçiriləcək Praqa sammitinin iştirakçılarına da müraciət edib:

«İndiyə kimi beynəlxalq təşkilatlar Azərbaycana münasibətdə geopolitik və iqtisadi məsələləri proritet götürürdülər. Biz arzu edirik ki, bu proqramda əsas prioritet demokratiya, insan haqları olsun».

Müxalifət təmsilçiləri aprelin 30-da Neft Akademiyasında kütləvi ölümlə nəticələnən hadisəni də müzakirə ediblər. S.Cəlaloğu deyir ki, partiya liderləri müzakirələr nəticəsində ölkənin güc strukturlarının ekstremal vəziyyətə hazır olmadıqları qənaətini bölüşüblər:

«Gürcüstandan alınmış silah ölkəyə keçirilib. Deməli, sərhədlərin qorunmasında problem var. Fikrimizcə, sərhədlərin yaxşı qorunmaması vətəndaşların daxili təhlükəsizliyinə ciddi təminat olmadığını göstərir».

Dövlət Sərhəd Xidmətinin rəhbəri Elçin Quliyev isə mayın 6-da jurnalistlərə müsahibəsində bildirib ki, Neft Akademiyasına silahlı basqın edən Fərda Qədirovun «Makarov» tipli tapançanı Azərbaycana necə keçirdiyilə bağlı araşdırma aparılır.
XS
SM
MD
LG