Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:06

Dünya Bankı Azərbaycana güzəştli şərtlərlə kredit verməyəcək


Dünya Bankı yaxın gələcəkdə Azərbaycanla bağlı siyasətinə dəyişiklik edəcək –Azərbaycana kreditlər güzəştli şərtlərlə verilməyəcək. Bu barədə bankın Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri Qjeqoj Edjeyçak Bakıda keçirdiyi mətbuat konfransında bildirib. Onun bildirdiyinə görə, bankın siyasətindəki dəyişiklik yaxın 15 ildə Azərbaycanda gözlənilən nəzərəçarpacaq inkişafla bağlıdır. Gələcəkdə Azərbaycana kreditlər kommersiya şərtləri ilə veriləcək və bunlar əsasən investisiya kreditləri olacaq. İndi bu qurumun kreditləri daha çox dövlət büdcəsinin dəstəklənməsinə yönəldilir. Bundan başqa əgər indiyəcən Dünya Bankı kreditlərin ayrılması zamanı yerinə yetirilməsi vacib şərtlər irəli sürürdüsə, gələcəkdə bank Azərbaycana ancaq tövsiyə verəcək.


XS
SM
MD
LG