Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:25

Bir qrup məzun TQDK qarşısında etiraz aksiyası keçirməyə cəhd edib


Ali məktəblərin bakalavr pilləsini bu il bitirmiş bir qrup məzun iyulun 18-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) qarşısında etiraz aksiyası keçirməyə cəhd etdi. Onlar TQDK-nın qarşısında oturmaqla magistratura imtahanlarına buraxılmamalarına etirazlarını bildirmək istəyirdilər. Polis aksiyaçıların piketinin qarşısını aldı. TQDK-dan isə bildirdilər ki, onlar mövcud qanunvericiliyə uyğun olaraq yalnız hərbi xidmətə çağırışdan möhlət hüququ olanların sənədlərini qəbul etmək səlahiyyətinə malikdirlər. Amma hərbi xidmətə çağırışla magistraturaya sənəd qəbulu eyni vaxta düşdüyündən və bakalavr pilləsini bu il bitirmiş məzunların hərbi xidmətə çağırışdan möhlət hüquqları olmadığından onların sənədlərini qəbul etmək mümkün olmayıb.


Müdafiə Nazirliyindən isə bildirdilər ki, möhlət hüququ tələbələr ali məktəbdə oxuduğu dövrdə verilir.


Magistraturaya sənədlərin qəbulu isə iyulun 14-də başa çatıb və artıq TQDK iyulun 23-də imtahanları keçirəcək.



XS
SM
MD
LG