Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:00

Bu il 30 milyon ton neft hasilatı planlaşdırılır


BP Azərbaycan şirkəti bu ilin birinci yarısında Azərbaycan dövlətinə 8,8 milyon barel mənfəət nefti verib. İlin sonuna qədər isə hökumətə 2,9 milyard dollar həcmində mənfəət verəcək. Şirkətin prezidenti Devid Vudvordun sözlərinə görə, bu il 30 milyon ton neft hasil etmək planlaşdırılır ki, bu da Azərbaycanın son 100 ildəki neft hasilatı dövründə ən yüksək rəqəm olacaq.


Cənab Vudvordun sözlərinə görə, hazırda Mərkəzi Azəri, Qərbi Azəri və Çıraq platformalarından əldə olunan neft hasilatı da gözləndiyindən artıqdır.


Deyvid Vudvord bildirir ki, Şahdəniz yatağından da ilk qazın yaxın aylarda əldə olunması planlaşdırılır: «Şahdəniz yatağını işlənməsinin ikinci mərhələsi üzrə işlər davam edir. Plan və proqnozlarımıza görə Şahdənizin ikinci mərhələsində ilk qazı 2012-ci ildə əldə edə biləcəyik».


Cənab Vudvord Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə daşınması haqqında bildirdi ki, bu 2008-2009-cu illərə planlaşdırılır.


XS
SM
MD
LG