Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 09:46

Yəməndə müvəqqəti hökumətlə bağlı razılığa gəlindi


Yəmən iqtidarı və müxalifəti keçid hökuməti yaratmaqla bağlı razılıa gəliblər. Tərəflər aprelin 27-də 3 aydır ölkəni bürüyən etirazlara son qoymaq üçün Körfəz ölkələrinin dəstəklədiyi sazişi Ər-Riyadda imzalayacaqlar.
Yəmənin iqtidar partiyasının Baş katibinin müavini Sultan al-Barakani və müxalifətin milli qialoq qrupunun rəhbəri Mohammed Salem Bassindwa sazişlə bağlı S'udiyyə Ərəbistanına gedeəcəklərini sədiqləyiblər. İmzalanma mərasimində ABŞ, Avropa Birliyi üzvü olan ölkələrin və ərəb dövlətlərinin səfirləri və BMT nümayəndəsi iştirak edəcək.

Körfəz ölkələri təklifiylə Yəmənə uzun illər rəhbərlik edən Ali Abdullah Saleh hakimiyyəti 30 gün ərzində müxalifət və iqtidarın birgə yaradacağı milli birlik hökumtinə təhvil verəcək. Əvəzində isə özü və oğullarına hüquqi toxunulmazlıq veriləcək.
XS
SM
MD
LG