Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 15:47

Xurşidbanu Natəvan. Yenə ya rəb, nə qəmkindir mənim bu şad olan könlüm


Yenə ya rəb, nə qəmkindir mənim bu şad olan könlüm,
Rumuzi-eşqdən agah olub, ustad olan könlüm.

Görübdür yarı əğyarə olubdur məhvi-nəzzarə,
Edibdir sinəsin parə, mənim abad olan könlüm.

Niyə peymanidən keçdin, niyə zəncirdən qaçdın?
Nədəndir çöllərə düşdün, mənim bərbad olan könlüm?

Fəraqın ruzi-məhşərdir, sərasər mehnətü qəmdir,
O zülfün kiymi dərhəmdir, mənim azad olan könlüm.

Baxın bu Natəvan zarə, günü bəxtim kimi qarə,
Gəzər Məcnun tək avarə mənim naşad olan könlüm.
XS
SM
MD
LG