Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:48

Daşınmaz əmlakın qiyməti 15 faiz enib


Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəhbəri Arif Qaraşov
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəhbəri Arif Qaraşov
2009-cu ilin mayın 1-ə olan məlumatlara görə daşınmaz əmlak bazarında qiymətlər təxminən ötən ilin sonlarıyla müqayisədə 15 faiz enib.

Bunu jurnalistlərlə söhbətində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəhbəri Arif Qaraşov deyib. O, ciddi qiymət enmələri barədə yayılan məlumatları təkzib edib:
«Daha strateji yerlərdə isə əmlakın qiymətində ucuzlaşma bir o qədər nəzərə çarpmır».

Daşınmaz əmlak bazarındakı durğunluğu yay fəsli ilə əlaqələndirən xidmət rəhbəri hesab edir ki, payız aylarında əmlakın həm aktivliyində, həm də qiymətlərində artım müşahidə olacaq.

Bundan başqa Arif Qaraşov deyir ki, banklara ipoteka kreditlərini həyata keçirmək üçün vəsaitlərin ayrılması və eyni zamanda kredit faizlərinin aşağı endirilməsilə bağlı hökumətin planlaşdırdığı tədbirlər də əmlak bazarında aktivliyin artmasına gətirib çıxaracaq.

Dünya iqtisadi böhranı nəticəsində Azərbaycanda da daşınmaz əmlakın qiymətlərində enmə müşahidə edilir. Hökumət ölkədə ipoteka kreditlərinin verilməsini isə 2007-ci ildən dayandırıb.
XS
SM
MD
LG