Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:18

Kimin nə qədər nüvə silahı var?


Nevada ştatında nüvə silahının sınağı, 18 aprel 1953
Nevada ştatında nüvə silahının sınağı, 18 aprel 1953
Rəsmən elan olunmuş nüvə dövlətləri

ABŞ – 2009-cu ilin yanvarına olan məlumata görə, ABŞ-ın 5200 nüvə başlığı var. Vaşinqton bundan savayı 2200 strateji, 500 də qeyri-strateji döyüş başlığına malikdir.

RUSİYA – 2008-ci ilin iyuluna olan məlumata görə, Rusiyanın nüvə arsenalı təxminən 4138 strateji nüvə başlığına qədər azaldılıb.

FRANSA – 2008-ci ilin sentyabrına olan məlumata görə, Fransa 300 nüvə başlığına malikdir.

BÖYÜK BRİTANİYA – Bu ölkənin dörd atom sualtı qayığında 200-ə yaxın strateji nüvə başlığı var.

ÇİN – Çinin 400 strateji və taktiki nüvə silahı olduğu güman edilir. Bundan başqa, Çin daha çox nüvə silahı əldə etmək üçün lazım olan materiallara malikdir.

«Nüvə silahı olduğu elan edilmiş» ölkələr

ŞİMALİ KOREYA - Bu ölkə indiyə qədər yalnız bir dəfə - 2006-cı ilin oktyabrında nüvə sınağı keçirib. Uzun danışıqlardan sonra 2008-ci ildə özünün nüvə proqramını başqa dövlətlərə verməyə razılaşıb. Amma ötən ay Şimali Koreya plutonium istehsal edən zavodu yenidən işə salacağını bildirib. Bu maddə silah istehsalında istifadə edilir.

HİNDİSTAN – Hindistan formal olaraq özünü nüvə silahı olan dövlət elan edib. Güman edilir ki, bu ölkə azı 100 nüvə başlığı üçün plutonium istehsal edib. 2007-ci ilin məlumatına görə, bu ölkə 50-60 nüvə başlığına malikdir.

PAKİSTAN – Qeyri-rəsmi məlumatlara görə, Pakistanın atom bombası hazırlamaq üçün təxminən 58-800 kilo zənginləşdirilmiş uranı var. ABŞ Çinin nüvə silahları əldə edilməsində Pakistana yardım etdiyini bildirir. 2007-ci ildə yayılan məlumatlarda Pakistanın 60-a yaxın nüvə başlığı olduğu qeyd edilirdi.

Başqa «elan edilməmiş» nüvə dövlətləri

İSRAİL - İsraildəki Dioma reaktorunun plutonium istehsalı gücünü nəzərə alaraq bu ölkənin təxminən 100-120 müasir bombasının olduğunu demək olar. Amma rəsmi olaraq İsrail Yaxın Şərqdə nüvə silahı nümayiş etdirən ilk dövlət olmayacağını bildirib.

İRAN – Tehranın uran zənginləşdirmə proqramı var. İran rəsmən bildirir ki, həmin bu proqramdan enerji alınması üçün istifadə etməyə və bununla da daha çox neft və qaz satmağa çalışır.

Qərbdə isə hesab edirlər ki, İran əslində bu proqramla atom bombası əldə etmək istəyir. Ona görə də həmin ölkə BMT-nin sanksiyaları altındadır.
XS
SM
MD
LG