Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:26

Oliqarxiya və demokratiya


Bjezinski avtoritar cəmiyyətləri nəzərdə tutaraq yazırdı ki, rüşvət dövləti idarə etmək üçün çox mühüm vasitədir
Bjezinski avtoritar cəmiyyətləri nəzərdə tutaraq yazırdı ki, rüşvət dövləti idarə etmək üçün çox mühüm vasitədir
Növbə ilə hamı metroya daxil olub qatarları gözləyir. Əvvəlki kimi metroda qəzet oxuyan, kitab vərəqləyənlər yoxdur. Olsa da qoca rus qadınlarıdır. Burada fikirləşirsən ki, niyə istədiyimiz belə oldu, axı başqa cür də ola bilərdi...

Əvvəlcə adam hətta sevinirdi ki, bu ölkədə artıq «sən haralısan» sualı eşidilməyəcək. Rüşvət kəskin şəkildə aşağı düşəcək... Güman edilirdi ki, yaş öz təsirini göstərəcək, hər halda böyük yaş da müəyyən qədər effektiv vasitədir.

Azərbaycana gələn əcnəbilər üçün çoxdan protokol qaydası da dəyişib. Amma müxalifət bütün bunları görürdü, ancaq dərk eləmirdilər. Hətta müxalifət nümayəndələrindən biri müsahibə verərkən «Sizcə İlham Əliyevin şansı nə qədərdir» sualının cavabında belə demişdi ki, yaxşı olar ciddi suallar verəsiniz. Özünə inam elə səviyyəyə çatmışdı ki, əksəriyyət belə düşünürdü ki, 2003-cü ildə müxalifət mütləq hakimiyyətə gələcək!

Çox maraqlıdır ki, demokratiya ilə bağlı qərar qəbul etmək çox çətindir - demokratiyanın bu xüsusiyyətini hamı bilir. «Tənbəl sovet adamı» üçün bir qədər şəffaflıq yaratmaq, ona işləməyə öyrətmək, təəssüf ki, bu istiqamətdə çox az iş görüldü.

İndi əsl maraqlı, ciddi hadisələr və cərəyanlar özünü büruzə verir. Bu nüanslar gələcəkdə güclənə bilər. Əməldə demokrat olmayan, avtoritar rejimi dəstəkləyənlər bunu hiss edirlər. Amma gəlirlər onlar üçün əsl yaşayış biznesi yaradıb. Elə həbsə alınan sabiq nazirlər – Əli İnsanov və Fərhad Əliyevin məhkəmədəki etirafları da bunu təsdiq etdi. Bu bir daha göstərdi ki, bu dövlətdə rüşvət almayan məmur tapmaq çətindir. Elə Zbiqnev Bjezinski də avtoritar cəmiyyətləri nəzərdə tutaraq yazırdı ki, rüşvət dövləti idarə etmək üçün çox mühüm vasitədir.

Avtoritar rejimlərdə həmişə rüşvətxorluq böyük miqyasda olur. Bu isə digər dövlətin əlinə bir «rıçaq» verir. Oliqarxiya məhz belə yaranır. Siyasətlə maliyyənin, qovuşması belə yaranır.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG