Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:39

Hər 3 müsəlmandan 1-i ildə azı 8 dəfə ayrı-seçkiliklə üzləşir


Belçikada irqçiliyə qarşı etiraz, 26 may 2006

Avropa Birliyinin Fundamental Haqlar uğrunda Agentliyi illik «Avropa Birliyi azlıqlar və ayrı-seçkilik hesabatı»nı açıqlayıb. Hesabatdan əsas faktlar...

Ayrı-seçkilik halları

Hər 3 müsəlman respondentdən 1-i (kişilərdə 34%, qadınlarda 26%) son bir ildə ayrı-seçkiliklə üzləşiblər. İldə orta hesabla 8 dəfə.

16-24 yaşlı müsəlman gənclər digər yaş qruplarına görə daha tez-tez diskriminasiya ilə üzləşir.

Avropa Birliyi ölkələrində vətəndaşlıq və ya daimi yaşayış haqqı almaq ayrı-seçkiliyə məruz qalma riskini azaldır.

Baş örtüsü kimi dini və ya milli geyimlərin geyilməsi ayrı-seçkiliyə məruz qalma riskinə təsir etmir.

Ayrı-seçkiliklə bağlı şikayətlər

Rəyi soruşulanların 79 faizi - hər 10 nəfərdən 8-i üzləşdikləri ayrı-seçkiliklə bağlı heç bir yerə şikayət etməyib.

Şikayət etməyənlərin 59 faizi, yəni hər 10 nəfərdən 6-nın fikrincə, «şikayətin xeyri yoxdur və ya heç nə deyişən deyil».

Şikayət etməyənlərin 38 faizi - hər 10 nəfərdən 4-ü isə şikayət etməyə ehtiyac görmür, fikirləşirlər ki, «bu, onların gündəlik yaşamlarının tərkib hissəsidir».

Rəyi soruşulanların 80 faizi ayrı-seçkilik halında hara müraciət etmək lazım olduğunu da bilmir.

Ayrı-seçkiliklə üzləşənlərin şikayət etməmələrinin səbəbləri

Şikayət etməyin xeyri yoxdur, heç nə dəyişən deyil 59
Həmişə olub, adi şeydir 38
Hara və necə şikayət etmək lazımdır, bilmirəm 33
Şikayət etmək üçün bürokratik prosesləri keçməyə nə vaxtım, nə də həvəsim var 21
Şikayət etsəm başımın ağrımağından qorxuram 21
Özüm hesablaşmağa üstünlük verirəm 12
Haqqında şikayət edəcəyim şəxslərin qisas alacağından qorxuram 11
Dili bilmədiyim üçün şikayət etmirəm 6
Sənədlərim qaydasında deyil, ona görə şikayət etmirəm 2

Ayrı-seçkilik zəminində cinayətlər

Rəyi soruşulan müsəlmanların 11 faizi, yəni hər 10 nəfərdən 1-i son bir il ərzində ayrı-seçkilik zəminində cinayətin qurbanı olublar (təhqir, hədə-qorxu gəlmə və qorxutma, gözümçıxdıya salma).

Ayrı-seçkilik zəminində cinayətin qurbanı olanların 79 faizi yaşadıqları ölkənin daimi sakinləri olan milli çoxluğun nümayəndələri tərəfindən cinayətə məruz qalıblar.

Ayrı-seçkilik zəminində cinayətə məruz qalanların şikayətləri

Ayrı-seçkilik zəminində cinayətə məruz qalanların 53-98 faizə qədəri (ölkədən-ölkəyə dəyişir) bu cinayətlə bağlı polisə şikayət etmirlər.

Polisə müraciət etməyənlərin 43 faizi polisin nəsə edəcəyinə inanmır.

Ayrı-ayrı etnik qruplar arasında son bir ildə ayrı-seçkiliklə üzləşənlərin faizi

Hüquq-mühafizə, gömrük və sərhəd orqanları ilə kontaktlar

Rəyi soruşulan hər 4 müsəlmandan 1-i son bir ildə azı 3 dəfə polis tərəfindən saxlanıb.

Saxlananlardan 40 faizi məhz milli azlıq və ya gəlmə olduğu üçün saxlandığını bildirib.

Rəyi soruşulan hər 5 müsəlmandan 2-i, yəni 37 faizi son bir il ərzində sərhhəddə və ya gömrükdə məhz milli azlıq və ya gəlmə olduğu üçün saxlanıb.

Qeyri-müsəlman gəlmələrdən isə ancaq 5 nəfərindən 1-i gömrük və ya sərhədçilər tərəfindən saxlanıb.

Milli və irqi ayrı-seçkiliyə məruz qalma faizi

Qaradərililər

Hesabata görə, Avropa Birliyi ölkələrində ən çox milli-irqi-dini ayrı-seçkiliyə məruz qalanlar Sub-Saharan Afrikadan gələnlərdir. Bu regiondan olan hər 10 nəfərdən azı 4-ü (43 faiz) ayrı-seçkiliklə üzləşib.

Afrikalı ərəblər

Şimali Afrikadan gələn ərəb mənşəlilərin 36 faizi ildə azı bir dəfə ayrı-seçkiliklə üzləşir.

Türklər

Rəyi soruşulan türklərin 24 faizi - hər 4 nəfərdən biri ayrı-seçkiliklə üzləşib.

Eks-yuqoslavlar

Keçmiş Yuqoslaviyadan olan serblər, xorvatlar, albanlar, slovenlər və bosniyalıların 14 faizi, yəni hər 7 nəfərindən biri ayrı-seçkiliyə məruz qalıb.

İraqlılar

Hər 10 iraqlıdan biri Avropa Birliyi ölkələrində ayrı-seçkiliklə üzləşir.

Sorğulanan millətlər

Hesabat üçün sorğular Avropa Birliyinin 14 ölkəsində - Avstriya, Belçika, Bolqarıstan, Danimarka, Almaniya, Finlandiya, Fransa, İtaliya, Lüksemburq, Malta, Sloveniya, İspaniya, İsveç və Niderlandda həyata keçirilib.
XS
SM
MD
LG