Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:01

Tarixi gündən beş il sonra ...


Müxalifət partiyalarının, ictimaiyyət nümayəndələrinin Novxanıda keçirdiyi mitinq zamanı isə işıqlar kəsilmişdi
Müxalifət partiyalarının, ictimaiyyət nümayəndələrinin Novxanıda keçirdiyi mitinq zamanı isə işıqlar kəsilmişdi
Məmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə müxtəlif yubileylərin təntənəli keçirildiyi ölkədə babasının 125 illiyinin yüksək səviyyədə anılmamasından gileylənir. O deyir ki, hər bir toplum üçün istiqlal bayramı önəmli gün olsa da, Azərbaycanda buna yüksək səviyyədə yanaşılmır:

- Bu gün ən şərəfli bayramlardan biridir. İstiqlal milli şüurun yüksək olduğu cəmiyyətlərdə mümkündür. Ona görə də respublika daxilində nə qədər çox tədbir keçirilsə, bir o qədər yaxşıdır.

Müxalifət partiyalarının, ictimaiyyət nümayəndələrinin Novxanıda keçirdiyi mitinq zamanı isə işıqlar kəsilmişdi. Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli bunu təsadüf hesab etmir:

Məmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə
- İşıq kəsilib, biz meqafonla danışırıq. Xalq Cümhuriyyətinə ögey münasibəti illərdir görürsüz. Xalq Cümhuriyyətini quranların fəaliyyətindən bəhrə götürənlər, Azərbaycan dövlətini bir sex olaraq mənimsəmə obyektinə çevirənlər hələ də nankorluqlarını davam etdirirlər və Xalq Cümhuriyyətinə də, onu quranlara da layiq olduğu qiyməti vermirlər. Mən qətiyyən inanmıram ki, burda bu gün işığın olmamacı təsadüfdür. Yəqin ki, Cümhuriyyətlə, Rəsulzadə ilə bağlı fikirlərin daha çox adama çatması kimlərisə narahat edir.

Məmməd Əmin Rəsulzadə irsinin araşdırıcılarından Teyyub Qurban isə Respublika Gününə Azərbaycan televiziyalarının yad münasibət göstərdiyini deyir:

Ankarada Məhəmməd Əmin Rəsulzadənin qəbirüstü abidə kompleksi
- Bu gün televiziya ekranlarında qəribə bir maskarad görürük. Bu gün, 1918-ci ildə qurulmuş, Rəsulzadənin banisi olduğu tarixi gündən beş il sonra dünyaya gəlmiş bir insanın adı ilə bağlanır. Xalq Cümhuriyyəti zəbt olunur. Bu, ona bənzəyir ki, Novruz bayramına bağçaya gedən uşağın adını verəsən.

Mitinqdən sonra iştirakçılar Rəsulzadənin yaxınlarının qəbrini ziyarət etdilər.

Müxalifət partiyaları 2009-cu ili «Rəsulzadə ili» elan ediblər.

Demokratik Respublikanın 91-ci ildönümündə 18 gün əvvəlki təntənə gözə dəymir. Gül bayramında olduğu kimi, atəşfəşanlıq da planlaşdırılmayıb. Bakı Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsindən Zaur Ramazanov deyib ki, ayrı-ayrı qurumlar bu günü özləri anırlar.
XS
SM
MD
LG