Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:49

Növbəti prezident KİM olacaq ?!


Şimali Koreya hərbçiləri atom bombasının uğurla sınaqdan keçirilməsini alqışlayır. 26 may 2009
Şimali Koreya hərbçiləri atom bombasının uğurla sınaqdan keçirilməsini alqışlayır. 26 may 2009
- “Yer üzündə onun kimi başqa bir monarx yoxdur. Biz Şimaldakı 22 milyon koreyalının Kim Yong-İlin (Kim Çen İr) sülalə rejimindən əziyyət çəkməsinə göz yuma bilmərik.”

Bu, Cənubi Koreyanın paytaxtı Seulun keçələrində Şimali Koreya liderlərinin portretlərini yandıran etirazçılardan biri idi. Şimali Koreyanın atom bombası və raketlər sınaqda keçirdiyi bir dövrdə cənubi koreyalıları Seulun küçələrinə çıxaran heç də bu sınaqlar olmayıb. Şimali Koreya rəhbərinin hakimiyyəti öz oğluna dövr eləmək istəyi haqda xəbərlər olub. Xəbərlər yox, daha doğrusu şaiyələr.

Çünki Şimali Koreya bütün dünyaya qapandığından burayla bağlı istənilən məlumatı ya özləri yayırlar, ya da Cənubi Koreya qəzetləri eşitdiklərini yazırlar. Elə bu dəfə də belə olub.


CƏNUBUN KƏŞFYYATÇILARI ŞİMALDA HAKİMİYYƏT DƏYİŞİKLİYİNƏ HAZIRLIQ GETDİYİNİ DEYİR

Seulda çıxan Donq-a İlbo qəzeti Milli Kəşfiyyat İdarəsinin ehtimallarına əsasən yazıb ki, Şimali Koreyanın indiki prezidenti Kim Çen İr hakimiyyəti öz oğlu Kim Yong-Un`a təhvil verməyə hazırlaşır.

Əslində Kim Çen İr özü də hakimiyyəti atasından, Şimali Koreya dövlətini quran “Böyük lider” Kim İr Sen-dən təhvil alıb. 1974-ci ildə Kim-İr-Sen Kim-Çen-İri öz varisi elan eləmişdi. Amma Kim Çen İr ancaq 20 il sonra, 1994-cü ildə, atasının ölümündən sonra hakimiyətə gəldi. Lakin formal olaraq yenə də prezident adlanmır, çünki Şimali Koreyanın ilk prezidenti Kim İr Sen “əbədi prezident” elan edilib.


ATA GÖSTƏRİŞ VERİB Kİ, CAMAATA OĞLULA BAĞLI MAHNILAR ƏZBƏRLƏTSİNLƏR

Cənubi Koreya mənbələri yazır ki, Şimali Koreyanın bu günkü de-fakto prezidenti olan Kim Çen İr artıq göstəriş verib ki, camaata oğluyla bağlı “Komandir Kim” mahnısını əzbərlətsinlər, dövlət rəsmilərinə isə ideoloji dərslər keçirlər ki, hakimiyyətin indiki prezidentin oğluna ötürülməsinə hazırlıqlı olsunlar.

Asoşeyted Press Agentliyinin məlumatına görə isə, şimalda baş verənlər haqqındakı kəşfiyyat məlumatlarıyla artıq Cənubi Koreya parlamentinin üzvləri də məlumatlandırılıb.

Amma Koreya məsələləri üzrə mütəxəssislərin fikrincə, Şimali Koreyada hakimiyyət dəyişikliyi elə də tezliklə baş verməyəcək.

Hamburqdakı GİGA İnstitutunun Asiya Araşdırmaları Mərkəzindən Patrik Kölner deyir ki, indi Kim Çen İr-in hakimiyyəti oğluna təhvil verməklə bağlı düşünməsi, sırf onun sağlamlığı ilə bağlıdır. Çünki 67 yaşlı Koreya lideri bir sıra xəstəliklərdən əziyyət çəkir, və nə qədər gec deyil varisinin adını açıqlamaqla mümkün çəkişmələrin qarşısını almaq istəyir.


ŞİMALİ KORAYANIN GƏLƏCƏK PREZİDENTİNİN YAŞI DA BİLİNMİR

Amma bir şey var ki, bir neç əgündür bütün dünya məlumat axtarsa da, Koreya liderinin hakimiyyəti təhvil vermək istədiyi oğlu, kişik oğlu Kim Jong-unla bağlı elə də məlumat əldə eləyə bilməyib. Bir şey məlumdur ki, Kim Yong-un 20-30 yaş arasındadır, İsveçrə məktəbində İngilis, Alman, Fransız dillərini öyrənib. Və Şimali Koreya hakimiyyətində hələ ki heç bir vəzifə tutmayıbBəziləri deyirlər ki, o yetərincə ağıllıdır, xarizmatikdir, liderlik keyfiyyətləri var. Başqaları isə deyir ki, gənc olduğuyçün hələ çox əfəldir və s.və ilaxır.

Asiya Araşdırmaları Mərkəzindən Patrik Kölnerin sözlərinə görə, hətta indiki prezident Kin Çen İrin digər iki böyük oğlu haqqında daha çox informasiya var, nəinki vəliəhd elan olunması gözlənən kiçik oğlu haqda.

"Onun iki böyük qardaşının son illərdə hansısa bir biyabırçılıqla üzləşdiyi və ya dövləti idarə eləmək bacarığının olmamasını sübut eləyən hərəkətə yol verdiyi deyilir. Odur ki, əyər hakimiyyətin təhvil verilməsindən söhbət gedirsə, bu sözsüz ki balaca oğul olacaq”.


ATOM BOMBASINI MƏHZ HAKİMİYYƏTİN ATADAN-OĞULA KEÇMƏSİNİ PƏRDƏLƏMƏK ÜÇÜN SINAQDAN ÇIXARIBLAR

Seuldakı Kyunqam Universitetinin Şimali Koreya araşdırmaları üzrə professoru Yan Mo Yin və başqa ekspertlərsə iddia eləyirlər ki, rəsmi Pxenyanın son dövrlər atom bombasının sınaqdan keçirməsi və raket sınaqları da təsadüfi deyil. Bütün bunlar birbaşa olaraq hakimiyyətin təhvil verilməsi üçün şərait hazırlamaq məqsədi də daşıya bilər.

Hamburq Universtitetindən Kölnerin fikrincə, bu sınaqlar əslində daha çox gözdən pərdə asmaq və diqqətləri hakimiyyətin ötürülməsindən yayındırmaq üçün edilir. Şimali Koryeadakı hakim sülalə bununla ordunun da diqqətini yayındırıb, ailə içindəki hakimiyyətin ötürülməsini daha rahat şəkildə həayata keçirmək istəyir.
XS
SM
MD
LG