Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:53

«Amnesty International» Eynulla Fətullayevi mükafatlandırdı


Eynulla Fətullayevin məhkəmə prosesi, Bakı, 5 oktyabr 2007
Eynulla Fətullayevin məhkəmə prosesi, Bakı, 5 oktyabr 2007
«Amnesty International» beynəlxalq hüquq müdafiə təşkilatı «Realnı Azərbaycan» və «Gündəlik Azərbaycan» qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevə təhlükədə olan jurnalist kimi mükafat verib. «BBC»nin xəbərinə görə Londonda keçirilən mərasimdə insan haqları qrupu Azərbaycanı jurnalisti azad etməyə və ölkədə söz azadlığını boğmaya son qoymağa çağırıb.

«Amnesty International»ın Britaniya üzrə direktoru Keyt Allen deyib ki, Eynulla Fətullayev kimi insanlar sadəcə peşəkar fəaliyyətlərinə və söz azadlığını qoruduqlarına görə daim müqavimətlə rastlaşır və təhlükə altında olurlar.

E.Fətullayev artıq iki ildir həbsdədir. O, terrorla hədələmə, etnik və dini düşmənçiliyin salınması, vergidən yayınma ittihamları ilə təqsirli bilinib və jurnalistə 8 il 6 ay həbs cəzası kəsilib.

Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları Fətullayevi vicdan məhbusu hesab edirlər.
XS
SM
MD
LG