Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:19

Oqtay Əsədov: «Nə olub? Gül kimi ordumuz var»


Spiker Oqtay Əsədov: «Necə danışdınızsa canımıza qorxu düşdü»
Spiker Oqtay Əsədov: «Necə danışdınızsa canımıza qorxu düşdü»
«Orduda gündə bir hadisə baş verir. İş o yerə çatıb ki, hətta bəzi valideynlər övladlarını hərbi xidmətə göndərmək istəmirlər». Milli Məclisin iyunun 9-da keçirilən iclasında millət vəkili Pənah Hüseyn belə deyib.

Deputat orduda baş verən hadisələrlə bağlı yalnız Müdafiə nazirini günahlandırmağın düzgün olmadığını bildirib. Onunu fikrincə məsuliyyət Ali Baş Komandan kimi prezidentin üzərinə düşür. P.Hüseyn məsələ ilə bağlı prezident və ya müdafiə nazirinin, ya da onların nümayəndələrinin parlamentdə hesabat vermələrini istədi.

Spiker Oqtay Əsədov deputatın dediklərinə reaksiyası belə olub:

«Necə danışdınızsa canımıza qorxu düşdü. Nə olub? Orduda nə ciddi vəziyyət var? Gül kimi ordumuz var. İnkişaf edir. Yeməkxanada bir hadisə olub, deyirsən ki, çox ciddi vəziyyətdir. Xahiş edirəm, ordumuz haqqında məsələləri şişirtməyin».

Birinci vitse-spiker, Milli Məclisin Müdafiə və Təhlükəsizlik məsələləri komitəsinin sədri Ziyafət Əsgərov orduyla bağlı məsələnin mətbuat tərəfindən şişirdildiyini bildirdi.

«Bir qrup deputat əsgərlərin kütləvi zəhərləndiyi iddia olunan hərbi hissədə olub. Orada heç bir zəhərlənmə baş verməyib. Məsələni mətbuat şişirdir»-, deyə Z.Əsgərov bildirib.

Mayın 26-da axşam saatlarında Qaraheybət Hərbi Təlim mərkəzində 164 əsgərin səhhəti kəskin pisləşdiyindən onları hospitallara yerləşdiriblər. Hadisənin şahidləri əsgərlərin kütləvi zəhərləndiyini bildirsələr də, Müdafiə Nazirliyi açıqlamasında bunu təkzib edib, hərbçilərə soyuq dəydiyini bildirib.
XS
SM
MD
LG