Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:40

İranda səslər yenidən sayılacaq


Bu etiraz nümayişi İranda İslam inqilabından sonra ölkədə baş verən ən kütləvi yürüş hesab olunur
Bu etiraz nümayişi İranda İslam inqilabından sonra ölkədə baş verən ən kütləvi yürüş hesab olunur
İranın Ali nəzarət Şurası bəyan edib ki, prezident seçkilərində verilən səsləri yenidən saymağa hazırdır.

İyunun 12-də İranda keçirilən prezident seçkilərində indiki prezident Mahmud Əhmədinejadın 62,63% səs toplayaraq qələbə qazandığı, onun əsas rəqibi Mirhüseyn Musəvinin isə 33,75% səs topladığı açıqlanıb. İslahatçı namizəd M.Musəvi seçkilərin saxtalaşdırıldığını bəyan edərək nəticələri tanımayıb. Bundan sonra on minlərlə iranlı küçələrə çıxıb.

Tehran küçələrində polislə nümayişçilər arasında toqquşmalar baş verib, nəticədə 7 nəfər ölüb.

Bu etiraz nümayişi 1979-cu il İranda İslam inqilabı ilə nəticələn etiraz yürüşlərindən sonra ölkədə baş verən ən kütləvi yürüş hesab olunur.

IRAN SEÇKİLƏRİ İLƏ BAĞLI MÜZAKİRƏLƏRƏ QOŞULMAQ İSTƏYİRSƏNSƏ FORUMA DAXİL OL
XS
SM
MD
LG