Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:23

Avropa Şurası narahatdır


Avropa Şurası Azərbaycanda «QHT-lər haqda qanun»a təklif olunan dəyişikliklərdən dərin narahatdır
Avropa Şurası Azərbaycanda «QHT-lər haqda qanun»a təklif olunan dəyişikliklərdən dərin narahatdır
Avropa Şurası Azərbaycanda «QHT-lər haqda qanun»a təklif olunan dəyişikliklərdən dərin narahatdır.

Bu, AŞ-nın baş katibi Terri Devisin, AŞ PA-nın prezidenti Luis Maria de Puçun imzaladığı bəyanatda deyilir.

Bəyanatda bildirilir ki, bu cümə günü parlamentin müzakirə edəcəyi dəyişikliklər Azərbaycanda vətəndaş cəmiyyətinin normal fəaliyyət göstərə bilməsinə və söz azadlığına əngəl yaradacaq.
Bu dəyişikliklər hətta AŞ-nın Bakıdakı Siyasi Təhsil Məktəbinin də bağlanmasına gətirə bilər.

AŞ rəhbərləri Azərbaycan hakimiyyətini bu dəyişiklikləri qəbul etməyi təxirə salmağa çağırır.
Şura təklif edir ki, dəyişiklikləri Avropa Şurası standartlarına uyğunlaşdırmaqda Azərbaycana kömək də göstərə bilər.
XS
SM
MD
LG