Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:07

«Polis zabitləri sauna, motel və masaj yerlərinə nəzarət edirlər»


2008-ci ildə QHT-lər və müvafiq hökumət qurumları 121 insan alveri qurbanının olduğunu müyyənləşdiriblər
2008-ci ildə QHT-lər və müvafiq hökumət qurumları 121 insan alveri qurbanının olduğunu müyyənləşdiriblər
ABŞ Dövlət Departamenti insan alverinin vəziyyəti haqda 173 ölkə üzrə illik hesabatını açıqlayıb.

Hesabatda deyilir ki, Azərbaycan insan alverinin mənbəyi, tranzit və daşınma ölkəsi olaraq qalır.

Azərbaycandan qadın və uşaqlar cinsi istismar üçün Birləşmiş Ərəb Əmirlikləri və Türkiyəyə aparılır. Gənclər və kişilər isə Rusiyaya aparılaraq əmək istismarına məruz qalırlar. Bu ölkədən insanlar cinsi istismar üçün həmçinin İrana və Pakistana da aparılır.

«AZƏRBAYCAN TRANZİT ÖLKƏ KİMİ İSTİFADƏ EDİLİR»

Hesabatda bildirilir ki, Moldova, Özbəkistan və Qazaxıstandan Türkiyəyə insan alverinin qurbanlarının daşınması üçün Azərbaycan tranzit ölkə kimi istifadə edilir. Naxçıvan Türkiyəyə aparılanlar üçün tranzit nöqtəsinə çevrilib.

Hesabatda deyilir ki, Azərbaycan hökuməti cəhdlər etsə də, insan alverinin qarşısını ala bilmir. Hökumət bu cür halların araşdırılması, məhkəməyə cəlb edilməsi və cəzalandırılması üçün kifayət qədər iş görməyib.

Hesabatda Azərbaycan hökumətinə insan alveri ilə məşğul olanlara təzyiq göstərilməsi üçün qanunu gücləndirmək tövsiyə edilir.

Sənəddə deyilir ki, Azərbaycan hökuməti 2007-ci illə müqayisədə daha sonralar insan alveri ilə bağlı çox az araşdırma aparıb. 2005-ci ildə qəbul edilən insan alveri ilə mübarizə qanunu həm cinsi, həm də əməyin istismarını qadağan edir. Bunun üçün 5 ildən 15 ilə qədər cəza nəzərdə tutulur.

«POLİS ZABİTLƏRİ SAUNA, MOTEL VƏ MASAJ YERLƏRİNƏ NƏZARƏT EDİRLƏR»

2008-ci ildə hökumət insan alveri ilə bağlı 66 araşdırma apardığını deyib. 2007-ci ildə isə bu rəqəm 75 idi. Bir çox vətəndaş cəmiyyəti qurumlarına görə, məmurlar arasında korrupsiya və onların yaxşı təlimləndirilməməsi insan alverinə qarşı mübarizəni effektiv edə bilmir. Verilən məlumatlara görə, insan alveri ilə bağlı saxlananlar məhkəmədə hakimə rüşvət verərək qərarı dəyişiblər. Həmçinin polis zabitləri sauna, motel və masaj yerlərinə nəzarət edirlər. Bəzi insan alveri qurbanları bildiriblər ki, polis tərəfindən oğurlanaraq fahişəliyə cəlb olunublar və onlara bu haqda şikayət etməmək üçün hədə-qorxu gəlinib.

«ƏMƏK İSTİSMARI, CİNSİ İSTİSMARDAN DAHA ÇOX OLA BİLƏR»

Hökumət 2009-cu ildə insan alveri ilə bağlı yeni fəaliyyət planı qəbul edib. Lakin burada proqramın həyata keçirilməsi üçün maliyyə və sənədin hansı yolla icrası barədə məlumat yoxdur.

Hesabatda bildirilir ki, Azərbaycan hökuməti insan alveri qurbanlarına yardım edlməsində müxtəlif səylər göstərib. Lakin hökumətin qurbanların müəyyən edilməsi üçün sistemi yox idi. Bəzi QHT-lər hesab edirlər ki, əmək istismarı, cinsi istismardan daha çox ola bilər. Hökumət qurumları arasında insan alveri qurbanlarına yardım edilməsi ilə bağlı koordinasiya zəif təşkil olunub. Bir çox qurumların hətta ofisi və insan alveri ilə mübarizədə birbaşa əlaqə məntəqələri olmayıb.

2008-ci ildə QHT-lər və müvafiq hökumət qurumları 121 insan alveri qurbanının olduğunu müyyənləşdiriblər. Hökumət onlardan 52-nə sığınacaq verib. Hökumət qurbanlardan insan alveri ilə məşul olanların tədqiqatında iştirak etməyə çağırıb. Lakin qurbanlar deyiblər ki, bəzi polis işçiləri onlara cinayətlə bağlı müraciət etməyə imkan verməyiblər və fiziki hədə-qorxu gəliblər.
XS
SM
MD
LG