Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:31

Neft gəlirlərinə nəzarət edən koalisiya dağıla bilər


Qubad İbadoğluna görə, müstəqil qurumların şəffaflıq təşəbbüsündən uzaqlaşdırılması neft gəlirlərinin böyük hissəsinin oğurlanmasına gətirib çıxara bilər
«Neft gəlirlərinin şəffaflığına nəzarət edən 100-dən artıq ictimai qurumun birləşdiyi koalisiya dağıla bilər. Əgər QHT-lər haqqında qanuna təklif olunan dəyişikliklər olduğu kimi qəbul edilsə». Azad İqtisadiyyata yardım ictimai Birliyinin rəhbəri Zöhrab İsmayıl bu fikirdədir.

Onun sözlərinə dövlət qeydiyyatından keçmədiyindən bu dəyişikliklərdən sonra onların Şəffaflıq Təşəbbüsü koalisiyası adından danışması da mümkün olmayacaq. Çünki təklif olunan dəyişikliklərdə qeydiyyatsız qurumların fəaliyyəti qadağan olunur:

«Nə Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası işləyə biləcək, nə Milli Büdcə qrupu. Ümumiyyətlə, biz də işləyə bilməyəcəyik. Maliyyələşmədəki əlli faiz məsələsi, regionlarda işləmək məsələsi istər-istəməz fəaliyyətimizə mənfi təsir göstərəcək»

Təklif olunan dəyişikliklərdə qeyd olunur ki, QHT-lərin maliyyəsinin yalnız 50 faizə qədəri xarici donorlardan alına bilər. Bundan başqa QHT-lərin qeydiyyatsız fəaliyyəti qadağan edilir. Bir də bütün ölkə üzrə fəaliyyət göstərmək istəyən ictimai qurumun ölkə ərazisinin üçdə birində yerli qurumları olmalıdır.

BEYNƏLXALQ QURUMA HƏLƏ RƏSMİ CAVAB VERİLMƏYİB

Vaşinqtonda yerləşən Revenue Watch – Gəlirlərə Nəzarət İnstitutu QHT-lər haqqında qanuna təklif edilən dəyişikliklərlə bağlı narahatlığını Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümova çatdırıb. İnstitut Neft Fondu rəhbərliyindən bu dəyişikliyə hansı münasibətdə olmasını və dəyişikliklər qəbul olunacağı halda gələcək fəaliyyətin necə formalaşdırılacağını öyrənmək istəyib. Neft Fondundan isə hələ müraciətə cavab verilməyib. Fonddan aldığımız məlumata görə, hələ ki icraçı direktor Şahmar Mövsümov vaxt azlığından müraciətə cavab yazmayıb. İcraçı direktorun köməkçisi Rasim Mustafayevin dediyinə görə, amma həmin müraciətə yaxın vaxtlarda cavab veriləcək.

Sənaye və Energetika naziri Natiq Əliyev isə Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasına üzv olan qurumların narahatlığına münasibət bildirməkdən imtina edib. Nazir bunu həmin sənədlə tanış olmamasıyla əsaslandırıb.

NEFT GƏLiRLƏRİNİN ÇOX HİSSƏSİ OĞURLANA BİLƏR

Qubad İbadoğluna görə, QHT-lər haqqında qanuna təklif olunan dəyişikliklər təkcə koalisiya yox, bütövlükdə şəffaflıq təşəbbüsünə ciddi zərbə ola bilər. İqtisadçıya görə, bu həm də o deməkdir ki, Azərbaycan beynəlxalq şəffaflıq təşəbbüsündən kənarlaşdırılmalıdır:

«Çünki Azərbaycan vətəndaş cəmiyyətini şəffaflıq təşəbbüsündə mədən sənayesində şəffaflığın artırılması koalisiyası təmsil edir. Bu təşəbbüs Azərbaycana məxsus deyil, bu beynəlxalq təşəbbüsdür. Onun ən vacib tələbləri ondan ibarətdir ki, vətəndaş cəmiyyəti institutları bu təşəbbüsdə iştirak etməlidir. Azərbaycanda vətəndaş cəmiyyətini bizim koalisiya təmsil elədiyinə görə, koalisiya fəaliyyətini dayandırsa Azərbaycanın yerinə yenidən baxıla bilər və bu Azərbaycan üçün ciddi təzyiq və təsirlərə səbəb ola bilər».

Qubad İbadoğluna görə, müstəqil ictimai qurumların şəffaflıq təşəbbüsündən uzaqlaşdırılması 2009-2010-cu illərdə ölkəyə gələn neft gəlirlərinin çox böyük hissəsinin oğurlanmasına gətirib çıxara bilər.
XS
SM
MD
LG