Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:05

Yunan mətbuatının tarixi uydurması


Yunanıstanın böyük tirajla çıxan iki qəzetinin xəbərinə görə, Afina səfərini son anda təxirə salmasına baxmayaraq, Ərdoğan «Karamanlislə görüşüb...» Görüş həm də «çox soyuq şəraitdə» keçib.

Bəzi yunan qəzetlərinin türk-yunan münasibətlərinə mənfi yanaşdığı məlumdur. Ancaq ölkənin böyük tirajlı qəzetlərindən olan TO VİMA ETHOS baş nazir Rəcəb Teyyub Ərdoğanın özünü yaxşı hiss etməməsi səbəbiylə baş tutmayan Afina səfərini həyata keçmiş kimi göstərməklə son vaxtların ən böyük uydurma xəbərini yayıb.

Olmayan bir görüşü olmuş kimi yazmaqla kifayətlənməyən TO VİMA və ETHNOS baş nazir Ərdoğanla Yunanıstanın baş naziri Kostas Karamanlisin görüşünün «çox soyuq bir iqlimdə» keçdiyini yazmaqdan belə çəkinməyib.

TO VİMA-nın dünənki sayında çıxan bu xəbərə görə, Ərdoğanla birlikdə xarici işlər naziri Əhməd Davudoğlu, Avropa Birliyi danışıqlarında əsas müzakirəçi Egemen Bağış və 5 silahlı mühafizəçisi də olub.

Hətta «danışıqlar» da olub...

Türkiyə-Yunanıstan münasibətlərində Türkiyəni həmişə mənfi imicdə tanıdan ETHNOS qəzeti də uydurma tələsinə düşüb. Bu qəzetdə çıxan xəbərə görə, Karamanlislə Ərdoğan Afinada «görüşüblər...» ETHNOS da TOVİMA qəzeti kimi iki baş nazir arasında olmuş danışıqlar haqqında yazır. Hər iki qəzet bazar günü üçün cümə günündən hazırlanır. «Ərdoğan-Karamanlis görüşü»nü də qəzetlər «Ərdoğanın Afinaya gəldiyi və Karamanlislə görüşdüyü» məntiqiylə yazıblar. Son anda Ərdoğanın səfəri təxirə salınıb, nəticədə ayaqüstü yazılan bu xəbər yalan-palan şəkilində çap olunub.

Beləliklə, iki qəzet Türkiyə-Yunanıstan münasibətlərinə öz düşüncələri və pis niyyətləriylə yanaşıblar, nəticədə öz tələlərinə özləri düşüblər. Bunu bilən Yunan Xəbər Saytı bu səhvin Yunanıstanın mətbuat tarixinə ləkə kimi düşəcəyini bildirib. («Sabah» qəzeti)
XS
SM
MD
LG