Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:52

Sarkozi niqabla mübarizəyə başlayır


«Fransada burqaya yer yoxdur»
«Fransada burqaya yer yoxdur»
«Fransada burqaya yer yoxdur».

Bunu prezident Nikola Sarkozi Fransa parlamentində deyib. Məlumat üçün deyək ki, burqa eynilə çadradır. Sadəcə olaraq müxtəlif rənglərdə ola bilər.

Fransada geniş mübahisə doğuran bu mövzuya toxunan Sarkozi deyib ki, burqa dini simvol-zad deyil, köləlik simvoludur, qadını alçaltmaqdır.

Sarkozi çadraya bürünməyi paltarla həbsə bənzədib və deyib ki, Fransada qadınların belə dustaq olunması yolverilməzdir.

Sarkozi çadra məsələsini o qədər vacib hesab edir ki, hətta Fransada 200 ildir ki, qorunan ənənəni də pozub. Bu ənənə Fransada prezidentin parlamentə gəlməsini qadağan edir. Sonuncu dəfə parlamentə gələn Napoleon Bonapart olub. O vaxtdan heç bir Fransa lideri Versaldakı saraya gəlməyib.

Sarkozi öz partiyasının 60 deputatının irəli sürdüyü təşəbbüsü müdafiə etdiyini bildirib. Həmin təşəbbüs burqa ilə mübarizə üsullarını və ictimai yerlərdə burqa geyinməyin qadağan olunmasını təklif edir.
XS
SM
MD
LG