Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:07

Erdoğanın oğlu əsgərliyə gedir


Baş nazir Recep Tayyib Erdoğa seçkidın sonra rənglənmiş barmağını göstərir, 22 iyul 2007
Baş nazir Recep Tayyib Erdoğa seçkidın sonra rənglənmiş barmağını göstərir, 22 iyul 2007
Türkiyə baş naziri Recep Tayyib Erdoğanın oğlu Necmettin Bilal Erdoğan iyulun 3-nə qədər Burdur vilayətindəki Ər təhsil alayına gedərək hərbi xidmətə başlayacaq.

Bilal Erdoğanın alaya girməsini görüntüyə almaq istəyən jurnalistlər indidən alayın önündə növbə tutmağa başlayıblar. Amma Bilal Erdoğanın alaya dəqiq nə vaxt gələcəyi bilinmir.

Dünya bankında işləyən Bilal Erdoğan 2004-cü ildə evlənərkən nigah şahidi İtaliya baş naziri Slvio Berluskoni olmuşdu.

Toya dəvət edilməyən keçmiş baş nazir keçmiş baş nazir Necmettin Erbakan öz reaksiyasını belə ifadə etmişdi: “Uşağa bizim adımızı qoyurlar-ancaq toyuna dəvət etmirlər”.

2004-cü ildə İstanbuldakı NATO zirvə toplantısına gedən ABŞ prezidenti Corc Buş baş nazir Erdoğandan soruşmuşdu: “Bilal işləyib evə pul gətirə bilirmi?”

Bilal Erdoğanın hərbi xidmətə getməməsi Türkiyədə mübahisəyə səbəb olmuşdu.

Qanuna görə, Türkiyədə ali təhsillilər 33 yaşına qədər könüllü şəkildə hərbi xidmətə gedirlər. 33 yaşını tamamlayıb üzrsüz şəkildə hərbi xidmətə getməyənlərə isə qanunla cəza nəzərdə tutulur. Ali məktəbləri bitirənlərin hərbi xidmət müddəti 5 ay 7 gündür. Tanınmış idmançılar və sənətkarlara isə 40 gün hərbi xidmətdə olmaq tələb edilir.
XS
SM
MD
LG