Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 06:47

Bu il Həcc ziyarəti bəzilərinə məsləhət görülmür


Müsəlmanlar Kəbə-nin ətrafına dövrə vurur. 2008-ci il, Həcc mərasimi
Müsəlmanlar Kəbə-nin ətrafına dövrə vurur. 2008-ci il, Həcc mərasimi
Bu il hamilə qadınlara, uşaqlara və yaşlılara Həcc ziyarəti məsləhət görülmür

Səudiyyə Ərəbistanın Ciddə şəhərində toplanan beynəlxalq ekspertlərin 4 günlük müzakirələrindən sonra belə bir qərar qəbul edilib. Ekspertlər qərara gəliblər ki, donuz qripi pandemiyası üzündən bu ilin dekabrındandakı HƏcc ziyarətiylə bağlı bəzi məhdudiyyətlər tətbiq eləsinlər.

Müzakirələrdə ABŞ-ın və Səudiyyə Ərəbistanının Yoluxucu xəstəliklərlə mübarizə idarələrinin nümayəndələri, Dünya Səhiyyə Təşkilatı və Səudiyyə Ərəbistanı islam üləmaları iştirak eləyib.

Yekunda qərara gəlinib ki, pandemiyaya yoluxmaq və yaymaq riskinin qarşısını almaq üçün hamilə qadınlara, uşaqlara, yaşlılalara və xroniki xəstəliklərdən əziyyət çəkənlərə bu il Həcc ziyarətinə gəlməmək tövsiyyə edilsin.

Ekspertlər narahatdırlar kii, virusun xüsusilə aktivləşdiyi qış mövsümünə təsadüf eləyən bu Həcc ziyarəti “donuz qripinin” kütləvi yayılma riski yarada bilər.

Hər il müsəlmanların müqəddəs Həcc ziyarəti vaxtı Məkkə və Mədinəni 3 milyondan çox müsəlman ziyarət edib, kütləvi dini ayinlərə qatılır.
XS
SM
MD
LG