Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:24

Ərdogan Sincanda uyğurların öldürülməsinə sərt etiraz etdi


Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Çinin Sincan vilayətində uyğurlara qarşı həbs və təzyiqlərə sərt etiraz bildirib. Türkiyə baş naziri deyib:

«Biz uyğur qardaşlarımızı yaxşı münasibətlərimiz olan Çinlə öz aramızda körpü kimi görürdük. Bu qətliamın bir an əvvəl dayandırılmasını, Çinin səlahiyyətli nümayəndələrinin tezliklə məsuliyyət daşıyanları müəyyənləşdirməsini və ədliyyə mexanizminin bütün bəşəriyyəti rahatladacaq şəkildə işləməsini gözləyirik. Bundan başqa, bu vəhşiliyi BMT-nin müzakirəsinə çıxaracagıq».

Sincandakı hadisələrin ilk günündə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) etiraz bəyanatı verib. Daha sonra isə Çinin Ankaradakı səfirliyinin müşaviri XİN-ə dəvət edilərək ondan hadisələrlə bağlı izahat istənilib.
XS
SM
MD
LG