Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:42

Böyük Səkkizlik Qarabağ problemini həll edir?


G8-in toplantısında Qarabağ problemi ilə bağlı bəyanat verilib
G8-in toplantısında Qarabağ problemi ilə bağlı bəyanat verilib
Qarabağ məsələsi gözlənilmədən Böyük Səkkizliyin (G8) İtaliyadakı sammitində üzə çıxıb. ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələr - Amerika, Fransa və Rusiya Qarabağ problemi ilə bağlı birgə bəyanat veriblər. Bəyanatı Barak Obama, Nikola Sarkozy və Dmitri Mevedev imzalayıblar.

Bəyanatda deyilir: «Biz öz vasitəçilərimizə 2007-ci il Madrid sənədində təklif olunan sülhün yeniləşdirilmiş versiyası haqda instruksiya vermişik. Biz Azərbaycan və Ermənistan prezidentlərini qalan bir neçə fikir ayrılığını aradan qaldırmağa və sülh sazişini yekunlaşdırmağa çağırırıq. Prezidentlər prinsipcə, bazis prinsipləri ətrafında fikir ayrılıqlarını azalda və bazis ideyalarına razılaşa biliblər».

Madrid sənədində göstərilən və bu gün Minsk Qrupu həmsədrlərinin bəyanatında təsdiqlənən prinsiplərindən biri kimi «Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycana qaytarılması və Dağlıq Qarabağın müvəqqəti statusu, təhlükəsizliyinin və özü-özünü idarə edə bilməsinin təminatı» qeyd olunur.

Bəyanatda başqa prinsiplər kimi «Dağlıq Qarabağla Ermənistan arasında dəhliz», Dağlıq Qarabağın yekun statusunun «iradənin leqal yolla bildirilməsi» yolu ilə müəyyən olunması qeyd olunur.

Sonuncu qeyd olunan «daxili köçkünlərin və qaçqınların» öz yaşadığı yerlərə qayıtması haqqıdır.
XS
SM
MD
LG