Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:30

Türkiyə «Nabucco» ilə bağlı tələbindən geri çəkildi


«Nabucco» kəmərinin ümumi xəritəsi
«Nabucco» kəmərinin ümumi xəritəsi
Türkiyənin Enerji naziri Taner Yıldız bildirib ki, ölkəsi «Nabucco» kəməri ilə nəql olunacaq qazın 15%-ni almaq tələbindən geri çəkilib.

Türkiyənin bu tələbi kəmərin tikintisinə əngəl olan əsas səbəb hesab olunurdu. Nazir «Röyters» agentliyinə müsahibəsində razılaşmadan sonra bu kəmərlə nəql olunacaq qazın nə qədərinin Türkiyəyə çatacağını deməyib. Təkcə onu bildirib ki, kəmər Avropanın qaz alması üçün yollarını çoxaldacaq.

İyulun 13-də Türkiyədə «Nabucco» kəməri üçün bir neçə ölkə arasında tranzit müqaviləsi imzalanacaq. Müqaviləni kəmərin keçdiyi Türkiyə, Bolqarıstan, Rumıniya, Macarıstan və Avstriya imzalayır.

Almaniya da kəmərin tərəfdaşlarından biridir. Nazir Taner Yıldız bildirib ki, istəsə Rusiya da bu kəmərə qoşula bilər.

«Nabucco» Xəzər, Orta Asiya və Yaxın Şərqdən təbii qazı Avropaya çatdırmaqla onun Rusiya qazından asılılığını aradan qaldırmaq üçün planlaşdırılır.
XS
SM
MD
LG