Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 09:56

Səid Mətinpur Evin zindanına salınıb


Səid Mətinpur
Səid Mətinpur
Azərbaycanlı jurnalist və insan hüquqları fəalı Səid Mətinpur həbs edilərək Tehranın Evin zindanına salınıb.

Onu Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsi 8 il azadlıqdan məhrum edib. Məhkəmənin qərarından apellyasiya şikayəti verilmişdi.

Səid Mətinpur əcnəbilərlə əlaqəyə girərək İran İslam Respublikasının dövlət quruluşuna qarşı təbliğat aparmaqda günahlandırılır.

«Amnesty International» beynəlxalq insan hüquqları təşkilatı jurnalistin təbii insan haqlarının bərpasını tələb etdiyini bildirərək, onu vicdan dustağı elan edib.

Beynəlxalq insan hüquqları təşkilatları Səid Mətinpur da daxil olmaqla həbsdə olan digər fəalların dərhal azad edilməsi tələbi ilə bir neçə təcili bəyanat verib, İran rəsmilərinə dəfələrlə müraciət edib.
XS
SM
MD
LG