Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:30

Prezidentin məhkəmə iddiası rədd edilib


Türkiyə prezidenti Abdullah Gül
Türkiyə prezidenti Abdullah Gül
Ankara məhkəməsi Türkiyə prezidenti Abdullah Gülün «Ergenekon» prosesində 2 il qabaq həbs edilən yazar Engin Poyraz əleyhinə qaldırdığı 50 min Türk Lirəsi təzminat tələbini rədd edib. Məhkəmə Engin Poyrazın kitabındakı iddiaların «Yazarın şəxsi fikirləri olduğuna və tənqid çərçivəsini aşmadığına» qərar verib.

90-cı illərdə A.Gül ilə eyni siyasi cərəyan içində olan yazar Engin Poyraz AKP iqtidara gələndən sonra bu partiyanın liderləri haqqında tənqidi kitablar yazıb. Poyrazın «Musanın Gülü» kitabında Türkiyə prezidentinin nəsli-əcabətinin yəhudi olduğu iddia edilir.

2007-ci il iyulun 27-də həbs edilən Engin Poyraza qarşı «Ergenekon» ittihamnaməsində ən ciddi suçlama - prezident Gülə qarşı yazdığı kitab göstərliməkdədir. Ankara məhkəməsinin prezident Gülün iddiasını rədd etməsindən sonra ittihamnamədə «Musanın Gülü» kitabının yazarı Engin Poyraza qarşı ciddi dəlil qalmır.

Ağ ev, Dövlət Departamenti və AB yazar Engin Poyrazın düşüncələrinə görə tutuqlanmasını və ciddi səbəb göstərilmədən uzun müddət həbsdə saxlanılmasını dəfələrlə tənqid edib.
XS
SM
MD
LG