Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 02:34

Kadırovun oyunu?


Prezident Ramazan Kadırov rəqs edir, Qroznı, 16 aprel 2009
Prezident Ramazan Kadırov rəqs edir, Qroznı, 16 aprel 2009
Sürgündə olan Çeçenistan hökumətinin başçısı Əhməd Zakayevlə Çeçenistan parlamentinin sədri Dukvaxa Abduraxmanovun Osloda iki günlük danışıqları olub.

Bu, Moskvapərəst Çeçenistan hakimiyyətinin sürgündə olan və müstəqillik istəyən çeçen liderləri ilə danışıqlarının ikinci mərhələsidir. «Azadlıq» radiosunun Şimali Qafqaz xidmətinin direktoru Aslan Dukayev deyir ki, Zakayev keçirdiyi mətbuat konfransında danışıqların məqsədinin Çeçenistanda uzunmüddətli sülhün yaradılması olduğunu deyib.

ANCAQ BU REALDIRMI?

Dukayevin fikrincə, hələ ki, real görünmür. Çünki danışıqlarda Çeçenistanın siyasi palitrasının bütün tərəfləri təmsil olunmayıb.
Əhməd Zakayev
Məsələn, gizli fəaliyyət göstərib, hökumətə qarşı vuruşan çeçen müxalifəti danışıqlarda yoxdur.

ZAKAYEVLƏ İNDİKİ HÖKUMƏTİN DANIŞIQLARI NƏTİCƏ VERƏ BİLƏRMİ?

Aslan Dukayev hesab eləyir ki, Zakayevlə indiki prezident Kadırov arasında ziddiyyətlər barışmaz deyil. Ancaq onlar bir siyasətçi kimi çox fərqlidirlər. Zakayev mötədildir və demokratik üsul-idarəyə üstünlük verir.

Zakayev Çeçenistana qayıtsa, bu, Kadırov üçün çox yaxşı piar olacaq. Ancaq Zakayev nə qazanacaq?

Çeçenistan danışıqlarının növbəti mərhələsi Londonda iki həftə sonra olacaq.
XS
SM
MD
LG