Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:47

Türkmənistan Azərbaycanı məhkəməyə verir


Qurbanqulı Berdıməhəmmədov Bakıda, 19 may 2008
Qurbanqulı Berdıməhəmmədov Bakıda, 19 may 2008
İyulun 23-də Türkmənistan prezidenti Qurbanqulı Berdıməhəmmədov Nazirlər Kabinetinin xüsusi iclasını keçirib. İclasda əsas müzakirə mövzularından biri Xəzər ərazisində Azərbaycanla mübahisəli neft-qaz yataqları olub.

Bu barədə Türkmənistanın Dövlət informasiya agentliyi məlumat yayıb.

İclasda xarici işlər naziri, Türkmənistan Prezidenti yanında Xəzər dənizi məsələləri üzrə Dövlət Müəssisəsinin sədri Toylı Komekov hesabat verib. O, Xəzər dənizinin dibi və təkinin bölünməsi məsələləri üzrə ötən həftə Bakıda keçirilən Türkmənistan-Azərbaycan danışıqlarının nəticələri haqda məlumat verib. T.Komekov qeyd edib ki, onların səylərinə baxmayaraq, Azərbaycanla mübahisəli yataqlarla bağlı konsensus əldə olunmayıb.

Danışıqların tarixinə toxunan Berdıməhəmmədov qeyd edib ki, bu sahədə qarşılıqlı məqbul variantın tapılması mübahisəli «Ömər» və «Osman» («Azəri» və «Çıraq») yataqlarının birtərəfli istismarına başlayan Azərbaycanın xüsusi mövqeyinə görə gecikir. O, həmçinin, Azərbaycanın «Sərdar» («Kəpəz») yatağına iddiaları olduğunu da bildirib.

Prezident deyib ki, SSRİ vaxtından mövcud olan normativ aktlara əsasən, bu yataqlar Türkmənistan ərazisinin hüdudundadır və birmənalı olaraq ona məxsusdur:

«Türkmənistan üçün Xəzər dənizində belə birtərəfli fəaliyyət qəbuledilməzdir».

Dövlət başçısı baş nazirin müavini R.Mərədova Azərbaycanın iradlarının, habelə xarici neft-qaz şirkətlərinin yataqların işlənməsində iştirakının qanuniliyini öyrənmək üçün beynəlxalq ekspertlərlə məsləhətləşməyi və sonra Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət etməyi tapşırıb.
XS
SM
MD
LG