Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:40

Bakiyev yenidən prezidentdir


Prezidentliyə namizəd Bakiyev və həyat yoldaşı Tatyana səs verirlər. Bişkek, 23 iyul 2009
Prezidentliyə namizəd Bakiyev və həyat yoldaşı Tatyana səs verirlər. Bişkek, 23 iyul 2009
Kurmanbek Bakiyev Qırğızıstandakı prezident seçkisinin rəsmən qalibidir. Qırğızıstanın Mərkəzi Seçki Komissiyası bildirib ki, o, 77,12 faiz səs yığıb. Bakiyevin əsas rəqibi, müxalifət lideri Almazbek Atambayev isə 8 faiz səs toplaya bilib. Müxalifət deyir ki, 23 iyul seçkisi saxtalaşdırılıb, ona görə də yeni seçki keçirilməlidir.

Qırğızıstan müxalifətinin lideri Almazbek Atambayev bildirib ki, müxalifətin müşahidəçiləri bütün seçki məntəqələində exit-pol keçiriblər. Nəticə onun qalib gəldiyini göstərir:

«Biz səslərin paralel sayılmasını həyata keçirirdik. Hesablamalarımıza görə, səslərin 60 faizdən çoxu müxalifətin vahid lideri Atambayeve verilib. Bakiyev hardasa 25 fazi səs toplayab».

Atambayev deyib ki, müxalifət iyulun 29-dan yeni seçki tələbi ilə bütün ölkədə dinc nümayişlərə başlayacaq: «Əlimizdə seçkinin saxtalaşdırıldığını sübut edən çoxlu sənədlər var. İnsanlar bir adama səs verib, başqa bir oğrusa gəlib özünü prezident elan edib. Ona görə də biz məsləhətləşmələrdən sonra iyulun 29-u səhər saat 10-dan başlayaraq bütün ölkədə nümayiş və mitinqlərə başlamaq qərarına gəlmişik».

Şənbə günü Atambayevin seçki qərargahı bir qrup adamın bir neçə dəfə səs verməsi üçün bir seçki məntəqəsindən digərinə aparılmasını nümayiş etdirən video görüntülər yaymışdı. Mərkəzi Seçki Komissiyası bildirib ki, səslər sayılanda həmin görüntülərdəki seçki məntəqələrinin nəticələri nəzərə alınmayıb.

ATƏT-in seçki müşahidə missiyası Qırğızıstandakı prezident seçkilərinin demokratik standartlara cavab vermədiyini bildirib. Avropa İttifaqı da ATƏT-in rəyinə şərik çıxıb. MDB-nin müşahidə missiyası isə bu seçkini azad və ədalətli sayıb. Kurmanbek Bakiyev isə hələlik saxtalaşdırma haqqındakı iddialarla bağlı fikir bildirməyib.
XS
SM
MD
LG