Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:40

Prezident evi üçün 1000 kvadratmetrlik xalça


18-ci əsrdən fəaliyyətə başlayan şirkətin xalçaları indi dünyanın bir çox hotellərini bəzəyir
18-ci əsrdən fəaliyyətə başlayan şirkətin xalçaları indi dünyanın bir çox hotellərini bəzəyir
Prezident İlham Əliyev şəxsi evi üçün 1000 kvadratmetrdən çox xalça sifarişi verib. BBC-nin məlumatına görə, prezident Böyük Britaniyanın «Kiddminster» xalça şirkətinin sifarişçisidir.

Şirkət bu ay bir neçə yataq otağı və konfrans zalı üçün toxuduğu xalçanı göndərməlidir. 18-ci əsrdən fəaliyyətə başlayan şirkətin xalçaları indi dünyanın bir çox hotellərini bəzəyir.

Prezident evinə xalça toxuyan komandanın rəhbəri Stan Klarke bir neçə həftə əvvəl yenidən qurulmuş sarayda olub, otaqların ölçüsünü götürüb. O, BBC-nin müxbirinə bildirib:

«Bu, nəhəng bir bina idi, təxminən Ağ ev boyda. Bizim belə mürəkkəb işlər üzrə ixtisaslaşmış xüsusi dizayner komandamız var».

Stan Klarke deyib ki, bu sifariş onlar üçün böyük işdir:

«Həm şirkət, həm də şəxsən mənim üçün, belə ki, evi mən döşəyəcəm. Belə yerlərdə bu cür sifariş almaq hər gün nəsib olmur».
XS
SM
MD
LG