Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:35

“Gallup”: Gürcülərin inamı Rusiyaya azalır, Azərbaycana artır


"Gallup” Gürcüstan vətəndaşlarının region ölkələri ilə əlaqələrə münasibətlərini öyrənib. ABŞ-ın dünya üzrə insan təbiətini və davranışlarını öyrənən bu təşkilatı 2008-ci ilin iyununda və 2009-cu ilin mayında gürcüstanlılara belə bir sual verib: Oxuyub-eşitdiklərinizdən gəldiyiniz fikrə əsasən deyə bilərsinizmi, Gürcüstanın Sizin regionda, MDB məkanında hansı ölkə ilə daha sıx əlaqələri olmalıdır?

Keçən il – müharibədən bir az əvvəl Gürcüstan vətəndaşlarının 57%-i ölkələrinin Rusiya ilə əlaqələrin güclü olmasını lazım bilirdi. İndi isə onların cəmi 32%-i bu cür düşündüyünü deyib. Azərbaycanla əlaqələrin daha yaxşı olmasını istəyənlər isə keçən ilə baxanda 5%-dən 12%-ə çatıb.

“Gallup” bu nəticələrə Gürcüstanda 1000 nəfərlə üzbəüz söhbət əsasında gəldiyini qeyd edir.

(Qrafikdə ən azı 1 % nəticə göstərmiş ölkələrin adları qeyd edilib.)

XS
SM
MD
LG