Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:46

Ötən həftə İnternetin əsas mövzusu...


Gənclərin məhkəməsi bloqqerlərin diqqətində olub
Gənclərin məhkəməsi bloqqerlərin diqqətində olub
Emin Milli və Adnan Hacızadənin məhkəməsi, Türkiyə-Ermənistan yaxınlaşması ötən həftə Azərbaycan bloqosferasının əsas mövzuları olub.

Doktor Raviki ilhamlandıran bloqqerlərin məhkəmə prosesinin detalları olub. Facebookda prosesi müşahidə edənlər hakimlə zərərçəkən kimi tanınan Vüsal Məmmədovun dialoqunu yerləşdirib. Bu məlumatlara görə, Məmmədov harda yaşadığı barədə suala cavab verə bilmirmiş. Doktor Ravik yazır:

«VÜSAL MƏMMƏDOV SUSUR»
Əgər yerli internetdə xit-parada bənzər bir şey olsaydı, birinci yeri dünənki məhkəmə prosesindən götürülmüş və bir çox veb səhifələrində ildırım sürəti ilə yayılan Vüsal Məmmədovla hakimin dialoqu tutardı.

O qısa dialoqda (əslində dialoq da demək mümkün deyil) en çox təkrar olunan cümlə belə idi: «Vüsal Məmmədov niyə susur».

Bədbəxtlik Vüsal Məmmədovun susmasında deyil. Harada yaşadığını bilməyən bir sussa yaxşıdır.
bədbəxtlik Azərbaycanda neçə milyon Vüsal Məmmədovun olmasındadır…

Doktor Ravikin bloqunda “ana və bacı” sindromu, sıravi azərbaycanlılar, dolma siyasəti və sair barədə də oxuyun. Məsləhətdir.

Yeri gəlmişkən, digər aktiv bloqçu İlqar Məmmədov Doktor Raviki “klassik” adlandırır. Məsləhət görür ki, Ravik az yazsın, onda fikri də, qələmi də iti qalar.

İlqar Məmmədovun özünün əsas mövzusu isə Türkiyə Ermənistan yaxınlaşması olub. Amma o da bu barədə çox qısa yazıb. Yəqin ona görə ki, fikrinin və qələminin itiliyini itirmək istəmir

“Daimi oxucularım bilir mənim yanaşmamı və onun əsaslandırmasını. Dəfələrlə demişəm burada, qəzetlərdə, radioda: Türkiyə və Ermənistan arasında qapıların açılması Azərbaycanın marağındadır və Rusiyanın maraqlarında deyil. Yoruldum bu haqda yazmaqdan”.

KEMER YOXSA KEMEROVO

Rusdilli bloqçuları isə turistlərin Türkiyəni ruslaşdırması narahat edir. Rork öz bloqunda Türkiyənin turizm bölgələrindən bu şəkli yerləşdirib:

Şahin Rzayevin Abxaziya gündəliyini izləməyə başlayın. Hələ ki, Abxaziyada “anaşa” dadmasından yazır.

Sən demə bu dildə “anaşa” xiyar demək imiş

QIZDIR YA OĞLAN?

Madur rusdilli bloqunda maraqlı bir sual qoyur : Görəsən niyə azərbaycanlılar analizlərin cavabını almaq üçün xəstəxanaya nəsilliklə gedirlər?

“Əgər UZİ-də uşağın cinsini öyrənmək üçün gəlmisənsə, yanında 10 nəfər gətirəcəksən (ultrasəs müayinəsini əslində elə ondan ötrü icad ediblər ki, yer kürəsində kişilərin sayı qadınların sayını beş dəfə üstələsin. Hamısı kişilərin kələyidir.), 100 nəfər də oturub telefonla cavab gözləyəcək”.

Madurun fikrincə, cavabdan asılı olaraq, iki cür reaksiya olacaq. Hansı? Bu barədə bloqun özündən oxuyun.

Fatih İrəvanlı isə internet qiymətlərinin düşəcəyi ilə bağlı xoş xəbərləri bölüşür.

Onun bloqunda maraqlı bir sitat da tapa bilərsiniz:

Xalqlar onları bombalamaq üçün uçub gələnləri sevirlər. Xalqlar tanklarda gələnləri sevmirlər.

Firudin Allahverdi isə xalqların başqa sevgilərini illüstrasiya edən bir fotopost təqdim edir.


“Fotonu İsmayılllı rayonunda çəkmişəm... Bu yol (!) işarəsinin parka, hakimiyyət tərəfindən bütləşdirilmiş mərhum 3-cü Prezidentimiz Heydər Əliyevin heykəlinin yanına qoyulması, çox güman ki, təsadüfdür”.

Lüğət:

Bloq – internetdə gündəlik. Adamlar yaşadıqlarını, düşündüklərini internet vasitəsilə digərləri ilə bölüşürlər.

Bloqosfera - bloqların açıldığı virtual məkan. (Bloq sizin mənzilinizdirsə, bloqosfera da virtual məhəllələrdir).

Post – Bloqda təqdim olunan hər yeni yazı, ismarış, yaxud şəkil.

Yuzer – İnternet istifadəçiləri.

Maraqlı bloqlar haqqında bizə yazın. Bizim təqdim etdiyimiz bloqları isə burada şərh edə bilərsiniz.
XS
SM
MD
LG