Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:01

Ailəsinin Məhəmməd Qurbanovla görüşünə icazə verilmir


Fəridə İsmayılova
Fəridə İsmayılova
Dörd gündür Naxçıvandakı Psixi Xəstəliklər Dispanserində saxlanan Məhəmməd Qurbanovun ailəsinin onunla görüşünə icazə verilmir.

Qurbanovun xanımı Fəridə İsmayılovanın AzadlıqRadiosuna verdiyi məlumata görə, görüş üçün etdiyi bütün cəhdlər nəticəsiz qalıb. M.Qurbanov yalnız dəmir örtüklü pəncərə arxasından gizli şəkildə ailə üzvlərinə bildirib ki, onun həbsinə hazırlıq gedir.

Fəridə İsmayılova: «Onunla görüşə icazə vermirlər, deyirlər ki, bir dəqiqə də görüşmək olmaz».

Sentyabrın 15-də biz də Psixi Xəstəliklər Dispanserində olduq. Dispanserin baş həkimi Rəşadət Nabatovla görüşmək istəsək də, görüşə imkan verilmədi. Qapıda dayanan polis əməkdaşı baş həkimin bizimlə görüşmək istəmədiyini bildirdi.

Naxçıvanın Gömrük Komitəsindən aldığımız son məlumata görə isə M.Qurbanovun Türkiyəyə keçməsinə qoyulan qadağa qaldırılıb.

57 yaşlı Məhəmməd Qurbanov kiçik ticarətlə məşğul olur. Bir müddət əvvəl «Dilucu-Sədərək» keçid məntəqəsində gətirdiyi mallara görə əlavə tələb edilən pulu ödəməkdən imtina etdiyi üçün mallarının qanunsuz müsadirəsi və məhvinə etiraz olaraq Muxtar Respublikanın Ali Məclisinin sədrinə şikayət məktubu yazıb. Ailə üzvlərinin bildirdiyinə görə, həmin məktubdan sonra Naxçıvan Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən aldadılaraq evdən çıxarılıb və xəstə olmadığı halda Psixi Xəstəliklər Dispanserinə salınıb.
XS
SM
MD
LG