Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:01

Azadlıq Radiosunun prezidenti M. Nəsibovanın mükafat almasını yüksək qiymətləndirir


Azad Avropa və Azadlıq Radioları Korporasiyasının prezidenti Cefri Gedmin radionun Azərbaycan xidmətinin Naxçıvan üzrə müxbiri Məlahət Nəsibovaya – insan haqları üzrə nüfuzlu beynəlxalq mükafat - 2009-cu il üçün Rafto mükafatının verilməsini yüksək qiymətləndirib. “Məlahət buna layiqdir. O Azərbaycanin qanunların işləmədiyi və təcrid olunmuş bir bölgəsində demək olar ki, jurnalist fəaliyyəti üçün heç bir şəraitin olmadığı yerdə işləyir”

Cənab Gedmin Məlahət Nəsibovanın 2007-ci ildə 70 yaşlı müxalifət fəalının həbs edilib məcburən ruhi xəstəxanya salınması haqda reportajını xatırlayaraq “Məlahəh heç nədən qormur” deyib.
XS
SM
MD
LG